Rixard Vaqner
Mənim həyatım
482
səbəblərini araşdırmağa, bu təzahürlə ümumi çağdaş mədəni şərtlərin arasında-
kı əlaqəni göstərməyə çalışmışdım. O zaman mövcud teatrın səhnəsində qoyul-
maq üçün yararlı kompozisiya yazmaq mənə mümkünsüz görünürdü. Yuxa-
rıda qeyd etdiyim kimi, yalnız sonradan mənə hakim olan tam məyusluq bədii
sənətlə bağlı əvvəlki fikirlərimi ifadə etməyə vadar etmişdi. Qəti şəkildə düşünür-
düm ki, “Nibelunqun üzüyü”nün səhnələşdirilməsi yalnız mənim onun nəşrinə
müqəddimədə qeyd etdiyim qəliz şərtlərin gözlənildiyi halda mümkün ola bilər.
Bununla belə, köhnə operalarımın uğuru ovqatıma o qədər təsir etdi ki, böyük
kompozisiyanı yarıya çatdırarkən, onun səhnələşdirilməsi ehtimalı barədə cid-
di-ciddi düşünməyə başladım. Həmin vaxtadək List, Veymar hersoquna inamı
ilə planlarımın gerçəkləşməsinə olan ürəyimdəki gizlin ümidlərə dəstək olurdu.
Amma son günlərin hadisələri göstərdi ki, bu ümidin heç bir əsası yoxdur. Eyni
zamanda “Tanhauzer” və ya “Loenqrin” ruhunda yeni operanın hər yerdə yaxşı
qarşılanacağı ilə bağlı əminliyim möhkəmləndi. “Tristan”ın bütün konsepsiyası
və mövzunun işlənməsi göstərdi ki, mən bizim opera teatrları və onların sənət
səviyyəsi barədə çox az düşünmüşəm. Gündəlik çörəkpulu uğrunda mübarizənin
zəruriliyini, bir gün də olsun, unutmadan özümü aldadırdım ki, “Nibelunqlar”
kompozosiyasına verdiyim fasilə və “Tristan” mövzusunun işlənməsi mənim
tərəfimdən praktik düşünən insana layiq tam məntiqli addımdır. Devrien mənim
praktik mülahizələrimi həvəslə dinləyirdi. O, məndən operalarımın hansı səhnədə
tamaşaya qoyulmasını istədiyimi soruşdu. Cavab verdim ki, yalnız məşqlərdə
özümün də iştirak edəcəyim teatrı nəzərdə tuturam. Mənim üçün belə bir teatr
Braziliyada tapıla bilər və ya Alman İttifaqının ərazisi mənim üçün bağlı olduğun-
dan, tamaşa nisbətən yaxşı opera səhnəsi olan sərhəddə yaxın teatrda səhnələşirilə
bilər. Mən Strasburqu gözaltı eləmişdim. Amma Devrien bu qərarın qəti əleyhinə
çıxdı. Onun fikrincə, operamı
Karlsrue
də daha asanlıqla və daha böyük uğurla
tamaşaya qoya bilərəm. Bircə məqama etiraz etdim: orada əsərin məşqi zamanı
iştirak imkanım olmayacaq. Amma Devrien məhz bu məqamla bağlı əmin etdi
ki, mənə rəğbət bəsləyən Baden hersoqunun sayəsində ən nikbin ümidlər bəsləyə
bilərəm. Bütün bunları eşitmək çox xoş idi. Devriendən öyrəndim ki, gözəl səsi
olan tenor Şnorre mənim əsərlərimi çox bəyənir. Ovqatım çox yaxşı idi, özümü
Devrienin yanında lütfkar ev sahibi kimi göstərmək istədim. Bir səhər ona “Reyn
qızılı”nı oxudum və görünür, mətn də, ifa da onun xoşuna gəldi. Devrienə ya-
rızarafat-yarıciddi dedim, Mimenin partiyasını yazarkən, ümid edirdik ki, onu
bu rolda görə bilənədək yaşayacağıq. Eyni zamanda, onun qonağım olmasından
istifadə edib, onun qiraət axşamını təşkil etdim. Dostları, o cümlədən, Semperlə
Herveqi dəvət etdim. Devrien “Yuli Sezar”dan Antoni hissəsini oxudu və hətta bu
cür qiraətə istehza ilə yanaşan Herveq də aktyor texnikasının mükəmməlliyinin
dinləyicilərə təsir etməli olduğunu etiraf etdi. Mənim masam arxasında Devrien