483
Rixard Vaqner
Mənim həyatım
Baden hersoquna planlarım və bizim görüşümüz barədə yazdı. Onun gedişindən
sonra hersoqun özündən məktub aldım, bu sevindirici məktubda o, xanımına et-
diyim hədiyyəyə görə səmimi minnətdarlığını bildirirdi. Eyni zamanda, hersoq
açıq-aydın mənə bir çox məsələlərdə, xüsusən də, Almaniyaya qayıtmağıma icazə
verilməsi məsələsində yardım etmək arzusundan söz açırdı.
O vaxtdan “Tristan”ın yazılması ilə bağlı qəti qərar qəbul etdim. Devrie-
nin səfəri və bununla bağlı hadisələr məndə xoş ovqat yaratdı, bunun sayəsində
Ziqfrid”in ikinci pərdəsinin partiturasını başa çatdıra bildim. Hər gün nahardan
sonrakı günəşli saatlarda Ziltalünü gəzirdim. Quşların səsinə uzun-uzadı qulaq ve-
rirdim, təəccübümə rəğmən, mənə tamamilə naməlum olan cinsləri ayırd edə bilir-
dim artıq. Bu motivlərdən yadımdan qalanları bədii cəhətdən işləyərək, “Ziqfrid”in
yay səhnəsinə köçürdüm. Avqustun başlanğıcında ikinci pərdənin ciddi səylə
işlənmiş eskizini bitirdim. Sevinirdim ki, yenidən işə davam etməli olanda üçüncü
pərdədən, Brungildanın oyanmasından başlamalı olacağam. Düşünürdüm ki, bü-
tün problemlər arxada qalıb, bundan sonra mənə yalnız həzz almaq qalır.
73
Beləliklə, öz yaradıcı qüvvələrimin məqsədyönlü təyinatından əmin şəkildə
Tristan” kompozisiyasına başlamağı düşünürdüm. Amma sanki elə bu zaman
Londondan Ferdinand Preger mənim səbrimi sınağa çəkməyə gəldi! Bu gözəl insa-
nın gəlişi, əslində, məni sevindirdi, çünki onun sınaqdan keçmiş sadiq dostluğun-
dan əmindim. Təəssüf ki, o, həddən artıq əsəbi olduğunu, taleyinin gətirmədiyini
düşünürdü və istəsəm də, ona təsəlli verə bilmirdim, onun şikayətləri də məni
xeyli karıxdırırdı. Onu Şafhayzenə səfərə aparmaqla əyləndirmək istədim. Burada
məşhur Reyn şəlaləsini ilk dəfə gördüm və o, məndə güclü təəssürat oyatdı. Bun-
dan başqa, Vezendonklar da, nəhayət, Paris üslubunda bəzədilmiş imarətlərinə
köçdülər. Bu vaxtdan etibarən, həmin ailə ilə tanışlığın yeni mərhələsinə qədəm
qoydum və bu, mənim həyat tərzimi xeyli dəyişdi. Evlərimiz yaxın olduğundan
müxtəlif gündəlikməişət xırdalıqları ilə bağlı sıx ünsiyyətdə olurduq. Hiss edirdim
ki, Vezendonk mənim onun evində tez-tez görünməyimdən narahat olur. O, bunu
açıq və səmimi ifadə edirdi. Evin qızdırılması, işıqlanma, nahar vaxtı məsələlərində
mənimlə hesablaşmaq lazım gəlirdi. Bu isə onun təsərrüfat haqlarını pozurdu. Bir
neçə məhrəm söhbətdən sonra aramızda yarımsusqun, yarım ifadə olunmuş dost-
yana razılaşma yarandı, bu, kənardakılarda bizim münasibətlərin xarakteri ilə bağlı
şübhələr yaradırdı. Biz bir-birimizə xüsusi diqqət göstərirdik və bu, zaman-zaman
bizi əyləndirirdi: bizim qarşılıqlı davranışlarımızın sirri özümüzə aydın idi.
Təsadüfən, qonşularımlamünasibətlərin yaxınlaşması “Tristan və İzolda”nın
yaranmasının başlanğıcı ilə üst-üstə düşdü. Tezliklə gözəl xasiyyətilə məndə xoş