Rixard Vaqner
Mənim həyatım
484
təəssürat yaradan Robert Frans Sürixə gəldi. Bu səfəri onun “Loenqrin”in xeyrinə
çıxış etməsilə nəticələnən münaqişənin ciddi olmadığını sübut elədi və mənim
təhlükə ilə bağlı şübhələrimə son qoydu. Qayınatası Haynrix mənim barəmdə ay-
rıca broşür dərc etdirəndə bu, bəzi çətinliklərə səbəb oldu. Biz bir yerdə ifa edir-
dik. Robert bəzi mahnılarının ifası zamanı məni müşayiət edirdi. “Nibelunqlar”ın
musiqisi onun xoşuna gəlmişdi. Amma onu nahara dəvət edəndə Robert Vezen-
donkın evində heç kəsin olmamasını arzuladığını bildirdi: o mənim yanımda ka-
rıxacağından narahat idi, Çünki ev sahiblərinin bütün diqqətini öz üzərində hiss
etmək istəyirdi. Bu mövzuda çox zarafat etdik və mən onun iradəsinə tabe oldum:
Frans kimi qaradinməz və soyuq müsahiblə söhbəti davam etdirmək zərurətindən
bir müddətlik azad olmuşdum. O bizi tərk etdi və sonra da Frans barədə heç nə
eşitmədim.
Tristan”ın birinci pərdəsini , demək olar ki, bitirdiyim vaxtda Sürixə mənim
diqqətimə xüsusi layiq olan gənc cütlük gəldi: sentyabrın əvvəlində Hans fon Bü-
lov özünün gənc xanımı, Listin qızı Kozima ilə “
Zum Raben
mehmanxanasında
yerləşdilər. Onları evimdə qalmağa dəvət etdim. Qonaqlarım – onlar Sürixə məni
görməyə gəlmişdilər – burada kifayət qədər uzun müddət qaldılar.
Sentyabr ayı maraqlı keçdi. “Tristan”ın mətnini bitirdim və Hans dərhal
onun üzünü köçürdü. Ayrı-ayrı pərdələri dostlarıma göndərdim. Sonra onları bir
yerə toplayıb, mətni onlara tam oxumaq istədim. Qiraət onlara güclü təsir elədi.
Xanım Vezendonk son pərdənin məzmunundan xüsusilə həyəcanlanmışdı. Mən
ona təsəlli verir, deyirdim ki, qəm eləmək lazım deyil, bütün ciddi dramlar belə bi-
tir – bu məsələdə Kozima da mənimlə tamamilə razı idi. Ümumiyyətlə, biz musiqi
ilə çox məşğul olurduq, Bülovun qismində “Nibelunqlar” partituramın həddən
artıq çətin klaviraussuqları üçün əlverişli ifaçı tapmışdım. Hətta “Ziqfrid”in hər
iki pərdəsi ilə bağlı kompozisiya eskizlərindən də Hans çox tez baş çıxardı: o, san-
ki, əsl klaviraussuqa əsasən ifa edirdi. Adətən, mən bütün partiyaları oxuyurdum.
Bəzən bizə bir neçə dinləyici də qoşulurdu, onların arasında xanım Villenin mu-
siqi duyumu daha güclü idi. Kozima öv mövcudluğunu hiss etdirmədən, başını
əyərək dinləyirdi. Kimsə ona inadkar suallarla müraciət edəndə, o göz yaşı ilə
cavab verirdi.
Senytabrın sonunda gənc dostlarım məni tərk etdilər və öz daimi yaşayış
yerlərinə - Berlinə köçdülər. Onlar ailə ocaqlarını orada qurmaq istəyirdilər.