485
Rixard Vaqner
Mənim həyatım
74
Bizim daim musiqiylə məşğul olmağımız mənim “Nibelunqlar”ım üçün bir
növ rekviyem idi, çünki onları qəti şəkildə bir kənara qoymuşdum. Gələcək səmimi
görüşlərdə mən yarımçıq qoyulmuş işi xatırladan saralmış kağızları çıxarırdım.
Oktyabrın ilk günlərində “Tristan” kompozisiyasına başladım və Yeni ilədək onun
birinci pərdəsini bitirdim. Prelüdləri əvvəldən orkestrə uyğunlaşdırmışdım. “Tris-
tan” üzərində çalışarkən mənə qorxunc xəyalpərvər ovqat hakim oldu. Daimi
məşğələlər, soyuğa və pis hava şəraitinə rəğmən, uzunmüddətli gəzintilər, axşam-
lar Kalderonun mütaliəsi – iş günümün qrafiki belə idi və bu nizamı pozacaq hər
şeyə düşməncəsinə yanaşırdım. Xarici aləmlə əlaqələrim not ticarətçisi Hertellə
Tristan”ın nəşri ilə bağlı danışıqlarla məhdudlaşırdı. Ona yazdım ki, nəhəng “Ni-
belunqun üzüyü”nün tamamilə əksinə olaraq, mən quruluş üçün rahat, cəmi iki-
üç ifaçı tələb edən əsər yazmışam. Hertel təklifimə həvəslə razılaşdı və mən ondan
400
luidor qonorar istəməyə risk etdim. Cavabında aldığım məktubda o, əlavə
zərfi açıb, yalnız bir halda oradakı təkliflərlə tanış olmağı xahiş edirdi: mən qono-
rardan imtina etməyi mümkün hesab edirəmsə. Çünki o mənim yeni əsərimin heç
də asan ifa üçün nəzərdə tutulduğunu düşünmür. Bağlı zərfdə müqavilə layihəsi
vardı. O mənə cəmi 100 luidor təklif edir, amma beş il sonra gəlirləri mənimlə
bölməyi və ya mənim bu həcmdə əlavə qonorar müqabilində hüquqlarımı almağı
təklif edirdi. Onun şərtlərilə razılaşmağa məcbur idim və partituranı pərdə-pərdə
nəşrə vermək imkanı qazanmaq üçün birinci pərdənin orkestrə uyğunlaşdıırlması
ilə məşğul oldum.
75
Bundan başqa, noyabrda məni Amerika maliyyə bazarındakı böhran maraq-
landırmağa başladı. Həyəcanlı həftələr ərzində Vezendonkın bütün var-dövləti
tükdən asılı vəziyyətdə qalmşdı. Əzablı qeyri-müəyyənliyə mətanətlə sinə gərsələr
də, imarətin, evin, atların satılması ehtimalı bizim axşam söhbətlərimizə kədərli
ovqat verirdi. Vezendonk əcnəbi bankirlərlə məsləhətləşməyə getdi. Mənim
həyatım adi qaydada davam edirdi: səhərlər “Tristan”la məşğul idim, axşamlar
isə Kalderonu oxuyurdum. O zamandan bəri Şakın köməyilə ispan ədəbiyyatını
öyrənməyə başladım, bu ədəbiyyat məndə dərin, güclü təəssürat yaratdı. Nəhayət,
Amerika böhranı uğurla bitdi və məlum oldu ki, Vezendonkın var-dövləti artıb.
Qış axşamları dairəsi artmaqda olan dostlarıma yenə “Tristan”ı oxuyurdum. Qorf-
rid Kelleri əsərin yığcamlığı cəlb etsə də, Semper narazı idi: o hər şeyə çox cid-