Rixard Vaqner
Mənim həyatım
486
di yanaşdığım üçün məni qınayırdı. Semprein fikrincə, bu cür predmetin bədii
təfsirinin mahiyyəti ciddi elementin müəyyən dərəcədə qırılmasındadır: həzz öz
dərinliyindən yalnız qazanır. Buna görə də, Motsarın “Don Juan”ı onun bu qədər
xoşuna gəlirdi: orada faciəvi səhnələr parlaq maskarad formasında verilir. Həyata
daha ciddi, sənətə isə bir qədər yüngül yanaşsam, hər şey daha yaxşı olardı – bu-
nunla razı idim, amma sözügedən halda hər şey əksinə olmalı idi. Nəticədə, kimsə
mütləq narazı qalırdı. Birinci pərdənin qaralamasını yazandan və musiqi əsərimin
xarakteri ilə yaxından tanış olandan sonra onu İtaliya operası üslubunda işləmək
niyyətimi xatırlayıb, xeyli güldüm və Braziliyadan xəbər almamağım daha məni
narahat etmədi.
Bu ilin sonunda diqqətimi Parisdəki operalarımla bağlı təhlükəyə yönəltdim.
Oradan gələn bir gənc müəllif məndən “Tanhauzer”i tərcümə etmək üçün icazə
istəyirdi – Lirik teatrın rəhbəri cənab
Carvalho
operanı Parisdə səhnələşdirmək
niyyətində idi. Bu xəbər məni narahat etdi, çünki Fransada əqli mülkiyyət hüqu-
qum təmin olunmamışdı və hər kəs bundan istədiyi kimi yararalana bilərdi. Lirik
teatrda operaların necə tamaşaya qoyulduğunu Veberin “Evrianta”sı barədə bu
yaxınlarda verilən hesabatdan bilirdim. Hansı məqsədləsə onu yenidən işləmiş,
düzünü desək, təhrif etmişdilər. Listin böyük qızı Blandina bu yaxınlarda məşhur
vəkil E.Olivyeyə ərə getmişdi, bu, mənim işimüçün ciddi dəstək vəd edirdi. Dərhal
Parisə gedib vəziyyətlə yerində tanış olmağı və hər bir halda Fransada müəlliflik
hüquqlarımın toxunulmazlığına nail olmağı qərara aldım. Kefsiz idim, bunun
səbəbi daha çox uzunmüddətli işdən doğan yorğunluqla bağlı idi. Semper mənim
işə həddən artıq ciddi yanaşdığımı deyəndə haqlı idi, çünki bu cür münasibət xey-
li ruhi qüvvə tələb edirdi. Bütün dünya qayğıları məni bezdirmişdi, o zamankı bu
həyəcanlarım xatırladığım qədərilə köhnə dostum Alvina Frommana 1858-ci ildə
yazdığım məktubda əksini tapıb.
76
1858-
ci ilin başlanğıcında işə fasilə verməli olduğumu aydın şəkildə anlayır-
dım. “Tristan və İzolda”nın birinci pərdəsinin dərhal orkestr üçün uyğunlaşdırıl-
masına başlamaq fikri mənə qorxunc görünürdü. Hələ Parisə getməyi düşünmür-
düm. Artıq nə Sürix, nə ev, nə də dostlarım mənə təsəlli vermirdi. Vezendonkın
yaxın qonşuluğu da mənə pis təsir edirdi. Bütün axşamları xeyirxah dostum Otto
Vezendonkun vacib hesab etdiyi söhbətlərdə iştirak etmək dözülməz görünürdü.
Evdə hər şeyin ondan daha çox mənim zövqümlə başqa istiqamətdə gedəcəyini
hiss etməklə bağlı narahat, əzablı hiss onun sözlərinə xüsusi gərginlik verirdi.
Tezliklə hər şey mənə ağırlıq gətirməyə başladı. Yalnız bir nəfər mənim ovqatı-
mı görür və baş verənləri müəyyən qədər anlayırdı, amma sözügedən şəraitdə