487
Rixard Vaqner
Mənim həyatım
bu da mənə təsəlli vermirdi. Sərt qış günlərində Parisə getməyi qərara aldım, pu-
lum olmasa da, təcili tədbir görmək lazım idi. Buradaca gedib qayıtmamaq barədə
çoxdankı arzu yenidən baş qaldırdı. Yanvarın 15-də məyus halda Strasburqa çat-
dım, bundan o yana getməyə halım yox idi,
Karlsrue
də olan Eduard Devrienə ya-
zıb xahiş etdim ki, Parisdən qayıtdığım zaman hersoqdan məni
Kele
də onun ad-
yutantının qarşılayıb,
Karlsrue
yədək müşayiət etməsi barədə xahiş etsin. Orada
Tristan”ı ifa edəcək ifaçılarla tanış olmaq istəyirdim. Amma Devriendən aldığım
məktubdan arzumun yanlış anlaşıldığını başa düşdüm. O düşünürdü ki, mən
şöhrət arxasınca qaçıram, halbuki, mənim başqa qayğılarım vardı: nüfuzumu itir-
diyim üçün
Karlsrue
də bədii sənət məqsədlərimin gerçəkləşdirilməsi üçün başqa
vasitə axtarırdım. Gülməli vəziyyət yaranmışdı, eyni zamanda, artıq anlayırdım
ki, bu dostuma gələcəkdə ümid edə bilmərəm, onun xırdaçılığı məni məyus edir-
di. Əsəblərimi sakitləşdirmək üçün Strasburqun küçələrini gəzəndə qəfildən teatr
afişasındakı “Tanhauzer” adı diqqətimi cəlb etdi. Yaxınlaşanda anladım ki, söhbət
əsərin üvertürasındn gedir, onu hansısa fransız pyesindən əvvəl ifa etməli idilər.
Məsələni anlamadığım üçün tamaşaya bilet aldım. Zal bomboş idi. Orkestr gözəl
yerləşdirilmişdi, kapelmeyster uvertüramı əla idarə edirdi. Parterə çox yaxın otur-
duğumdan, 1853-cü ildə Sürixdə qoyulan operamda iştirak edən təbilçi məni ta-
nıdı. Zalda olmağım barədə ildırım sürətilə yayılan xəbər kaplemeysterə də çatdı.
Hər şey canlandı. Görünür, musiqi nömrəsi bitəndə dirijorun orkestrlə birgə alqış-
larla mən tərəfimə dönməsi fransız komediyası üçün toplaşan və uvertüraya qəti
əhəmiyyət verməyən azsaylı tamaşaçıların heyrətinə səbəb olmuşdu. Ayağa qalxıb
təzim etdim. Zaldakıların maraq dolu nəzərləri mənə zilləndi, bu səhnədən sonra
qalxıb çıxışa yaxınlaşdım: kapelmeysterə təşəkkür etmək istəyirdim. Strasburqlu
cənab Hasselman – bu xeyirxah adam, məni mehmanxanayadək ötürdü və uvertü-
ranın mənim üçün gözlənilməz olan ifasına gətirib çıxaran maraqlı əhvalatı danış-
dı. Musiqi həvəskarı olan zəngin bir strasburqlu – yerli sakinlər teatrın tikintisinə
görə ona borcludurlar - orkestrə ciddi qüvvələr cəlb etmək üçün əhəmiyyətli kapi-
tal vəsiyyət etmişdi. Hər həftə adi tamaşalardan əvvəl orkestr hansısa ciddi musiqi
əsərini ifa etməli idi. Növbə “Tanhauzer” uvertürasının idi. Strasburq məndə qibtə
hissi oyatdı: musiqi ilə bağlı gəzdiyim Sürix də daxil olmaqla başqa şəhərlərin heç
birində belə vətəndaşa rast gəlməmişim.
77
Kapelmeyster Hasselmanla Strasburqdakı musiqi işləri ilə bağlı söhbət et-
diyimiz zaman Parisdə Orsini imperatora qəsd etdi. Bu barədə dəqiq olmayan
şayiələri Strasburqdan Parisə getdiyim yoldaca eşitdim. Ayın 17-də Parisə ça-
tanda mehmanxana xidmətçisi mənə hadisəni detalları ilə danışdı. Bunu taleyin