Rixard Vaqner
Mənim həyatım
488
mənə,məhz mənə qarşı atdığı addımı kimi qiymətləndirirdim. Mənə elə gəlirdi
ki, indicə köhnə tanışım, Daxili İşlər Nazirliyinin agenti gəlib, məni dərhal Pari-
si tərk etməyə vadar edəcək. Düşünürdüm ki, bu yaxınlarda açılmış böyük “
Ho-
tel du Louvre
da qalmaqla polislə heç bir problem yaratmaram. Bu səbəbdən də,
ucuz qiymətə yer tapdığım kiçik, qaranlıq “
Rue des filles St. Thomas
mehman-
xanasını tərk etdim. Düzünü desəm,
Le I’elletier
küçəsində mənə çoxdan məlum
olan mehmanxanada yerləşməyi düşünürdüm. Qəsd də burada hazırlanmışdı,
cinayətkarları orada axtarırdılar. Təəccüblüdür, cəmi iki gün əvvəl gəlsəm, mən
də bu mehmanxanada qalmış olacaqdım.
Məni xilas edən taleyimə təzim edib, cənab Olivyeni və onun gənc xanı-
mını axtardım. Birincinin qismində xeyli yaraşıqlı və çevik dost tapdım. Parisə
gəlməyimin səbəblərini biləndə o, həvəslə öz xidmətlərini təklif etdi. Gözəl
günlərin birində onun dostu olan çox lütfkar bir notariusun yanına getdik. Müəllif
hüquqlarımı bəzi şərtlərlə Olivyeyə verdim və uyğun razılaşmanı imzaladım.
Minlərlə formal çətinlik ortaya çıxsa da, ümumilikdə mənə nəzakətlə yanaşırdı-
lar və tezliklə yeni dostumun yardımı sayəsində hər şey uğurla həll olundu. Qısa
bir zamanda “
Palais de justice”, “Salle des pas-perdus
mehmanxanalarına Olivye
məni dünyanın bürüncəkdə və papaqda gəzən tanınmış vəkillərinə təqdim etdi.
Onlarla söhbət məni o qədər cəlb etdi ki, bir xeyli vəkillərə “Tanhauzer”in süjetini
izah etməli oldum. Bütün bunlar çox xoşuma gəlirdi. Olivye ilə onun siyasi baxış-
ları və dünyagörüşünün ümumi istiqamətləri ilə bağlı söhbətlər də məni heç də
az məmnun etmirdi. O düşünürdü ki, Napoleon mütləq devriləcək və respublika
yenidən, bu dəfə əbədilik bərpa olunacaq. Olivye və dostları inqilaba çağıracaq
qədər dərinə getmirdilər, onlar yalnız bu inqilabın baş verəcəyi təqdirdə intriqant-
ların qurbanı olmamağa çalışrıdılar. Prinsipial olaraq, Olivye sosializmin ən qəti
qənaətləri ilə razı idi. O, Prudonu tanıyır və ona siyasətçi kimi deyil, insan kimi
hörmət edirdi. Olivye yalnız siyasi yenidənqurma əsaslarında yaradılan şeylərin
dayanıqlılığını qəbul edirdi. O, sürətli inkişafı ictimai mənfəət naminə fərdi hü-
quqlardan sui-istifadəni məhududlaşdıran qanunvericilik sahəsində görürdü.
Yaxın gələcəkdə cəmiyyətin sərvətlərinin bərabər bölünməsi ilə bağlı cəsarətli
planların həyata keçirilməsini gözləyirdi. Hiss etdim ki, şəxsi xarakterli bir sıra
məsələlərdə kamilləşirəm: bu və digər fikirləri dinləyə və onları müzakirə edə
bilirdim, belə mübahisələrdə əvvəllər hiss etdiyim əsəbilik çəkilib getmişdi. Bu,
məni xeyli məmnun edirdi. Bu məsələdə ürkək, aydın, məntiqli və sakit qadın
olan Blandinanın da xeyli rolu vardı, o, hər şeyin mahiyyətini tez anlayırdı. Ara-
mızda ruhi yaxınlıq yaranmışdı. Bir-birimizi bir sözdən anlayırdıq. Bazar günü
yetişdi. Həmin günə konservatoriya konserti təyin olunmuşdu, dostlarım mənə
bilet tapmışdılar. Bu vaxtadk yalnız məşqlərdə olmuşdum. Bəstəkar Heroldun dul
arvadının yanında əyləşməli oldum, bu qəşəng qadını dərhal mənim musiqimin