489
Rixard Vaqner
Mənim həyatım
qızğın həvəskarı kimi təqdim etdilər. Yeri gəlmişkən, o, özü bu musiqiylə , demək
olar ki, heç tanış da deyildi. Amma qızı və kürəkəni qədər zehinli idi, yuxarıda
qeyd etdiyim kimi, bu cütlük Vyana və Berlində keçirdikləri toy səyahətləri zama-
nı “Tanhauzer”i dinləmişdilər. Bütün bunlar çox xoş idi. Burada ilk dəfə Haydnın
İlin fəsilləri” əsərini dinlədim,o, tamaşaçılarda qeyri-adi rəğbət doğurdu. Görü-
nür, dinləyicilər melizmatik kadensləri (
musiqi frazasına tamamlayıcı və ya
fasilə
xa-
rakteri verən harmonik ifadə – red
.)
daha orijinal və gözəl hesab edirdilər, bu, müasir
musiqiyə xas cəhət deyildi və Haydn üçün səciyyəvi idi. Günün sonunu Herol-
dun ailəsi ilə keçirdim, bu, mənə sevinc gətirdi. Axşamdan keçmiş ora bir nəfər
gəldi, onun burada görünməsi birinci dərəcəli hadisə idi. Bu adam “
Revue des deux
mondes
in əməkdaşı, başqa jurnallara da mənim üçün xoşagəlməz tərzdə təsir
edən həmin musiqi tənqidçisi Sküdo idi. Lütfkar ev sahibi fürsətdən istifadə edib,
bizi tanış etmək və onu mənim tərəfimə çəkmək istəyirdi. Bildirdim ki, “salon ax-
şamında” ciddi məsələlər barədə danışmağın yeri yoxdur və belə söhbətlər fayda
vermir. Sonra etibarlı mənbələrdən öyrəndim ki, predmetlə tanış olmadan müəllif
əleyhinə yazan bu cənabın yazılarının, onun fikirləri və ya şəxsi tərcrübəsi ilə heç
bir bağlılığı yoxdur. Heroldun xeyirxah qəlbi bu cəhdinə görə onu cəzalandırıldı.
Sküdo konsertlərim barədə yazılarında onları “parlaq demokratik prinsiplərin”
hökm sürdüyü ailə adlandıraraq, xeyli istehza və tənələrə tuş elədi. Burada mən
londonlu dostum Berliozu axtardım və tapdım. Onun ovqatı yaxşı idi. Berlioza
Parisə bir müddətlik, fikrimi dağıtmaq üçün gəldiyimi söylədim. Həmin vaxt o,
Troyalılar”la məşğul idi. Bu opera barədə təsəvvürə malik olmaq üçün onun
mənzum mətnindən xəbərdar olmalıydım, mətni də Berlioz özü yazmışdı. O, bir
axşamını librettonu mənə oxumağa sərf etdi. Əsərin konsepiyası, onun qeyri-adi
dərəcədə quru, eyni zamanda, teatral effektlərə hesablanmış təfsiri məndə mənfi
təəssürat yaratdı. Mətn əsasında musiqinin xarakteri barədə də mülahzə yürüdə
bilərdim. Berliozun bu əsəri ən böyük və öz həyatının ən əsas əsəri adlandırdığını
eşidəndə mənim keçirdiyim məsuysluğu özünüz təsəvvür edin.
78
Olivye ilə birgə Erarın ailəsinə dəvət almışdım, orada köhnə dostum Spon-
tininin dul arvadını gördüm. Biz gözəl axşam keçirdik. Qonaqları royalda ifam-
la sevindirməli oldum. Dinləyicilərim iddia edirdilər ki, operalarımdan ayrı-ayrı
hissələri gözəl anlayıblar. Onlar böyük həzz aldıqları üçün mənə minnətdarlıq
edirdilər. İstənilən halda bu dəbdəbəli salonun divarları içərisində bu qədər gözəl
musiqi axşamı keçirilməmişdi. Lütfkar xanım Erarla və onun kürəkəni Şefferlə ta-
nışlıq mənim üçün sərfəli oldu. Əri öləndən sonra Erarın işlərini o idarə edirdi. Bu