Rixard Vaqner
Mənim həyatım
490
tanışlıq nəticəsində məşhur fabrikin royalını əldə edə bilərdim. Artıq bu məqam
məqsədləri tam aydın olmayan səfərə maraq yaradırdı. Royal əldə etmək pers-
pektivi məni o dərəcədə şad edirdi ki, digər məsələləri bir kənara qoyub, bunu
bütün səfərimin əsas məqsədi hesab edirdim. Fevralın 2-də Parisi əla ovqatda tərk
etdim, geri qayıdanda
Eperne
də köhnə dostum Kittsi görmək istəyirdim. Bu uğur-
suz adamın taleyində onun çoxdankı təsadüfi tanışı Pol Şandon ciddi rol oyna-
mışdı. Şandon onu yanına dəvət edib, ona bir neçə portret sifariş etmişdi. İndi
mən də qonaqpərvər Şandonun evində qalmalı oldum, orada iki gün keçirməli
idim. Burada operalarımın, xüsusən də, “Riensi”nın köhnə bilicisi ilə qarşılaşdım.
Bu operanın Drezdendəki ilk tamaşasında o da iştirak etmişdi. Bundan başqa,
mən məşhur çaxır anbarlarını ziyarət etdim, onlar Şampan vilayətinin qayalıqları
üstündə bir neçə mil uzanırdılar. Kittsi tapanda o, portret çəkirdi, işi sona çatdır-
masına az qalmışdı. Tablo məni çox maraqlandırdı. Nəhayət, heç kəsə lazım ol-
mayan söhbətlərdən qopub, qonaqpərvər evdən çıxa bildim. Fevralın 5-də Sürixə
geri qayıtdım, elə həmin gün yazılı məktubla bütün dostlarımı evimə topladım.
Çoxlu təəssüratlarım yığılmışdı , onları bölüşmək istəyirdim. Ayrı-ayrılıqda hamı-
ya yorucu və müfəssəl məlumat verməyə tənbəllik edirdim və bu işə birdəfəlik son
qoymaq qərarına gəldim. Qonaqlarım arasında Semper də vardı. O, mənim Paris
səfərimə bir qədər paxıllıq edirdi və şən söhbətlərimi eşidəndə çox əsəbiləşdi. Bu-
nunla yanaşı, o, məni “taleyin vicdansız ərköyünü” adlandırır, “Sürix yuvasına
mismarlanmasını” özü üçün faciə hesab edirdi.
Onun bu paxıllığı məndə necə də gülüş doğururdu. İşlərim yavaş-yavaş
irəliləyirdi. Operalarım çoxdan satılsa da, əldə etdiyim kapitaldan çox az pul qal-
mışdı. Bütün tamaşaların yeganə real nəticəsi kimi əlimdə cüzi məbləğdə pul qal-
dığından, ağlıma pis opera teatrları üçün “Riensi”ni satmağı daha yararlı hesab
etdim. Bununla belə, onu təklif etmək üçün bu tamaşanın yenidən bərpa olun-
masına cəhd göstərmək lazım idi. Orsininin bu yaxınlardakı sui-qəsdi buna çox
mane oldu. Teatr direktorları əsəri tamaşaya qoymaq istəmədiklərini bununla
əsaslandırırdılar. Bu arada mən “Tristan”ın birinci pərdəsinin orkestrə uyğunlaş-
dırılmasına davam edirdim və anlayırdım ki, bu əsər siyasi və digər xarakterli
yüzlərlə əngəllə qarşılaşacaq. Beləliklə, mən müəyyən məqsəd və uğura hər hansı
ümid olmadan çalışırdım.
79
Mart ayında xanım Vezendonk mənə bildirdi ki, ərinin doğum günü üçün öz
evlərində musiqili səhər tipli bir tədbir təşkil etmək istəyir. O, ötən qış öz doğum
günündə səkkiz sürixli musiqiçinin dostyana dəstəyilə təşkil olunan mərasimdən
həvəslənərək bu fikrə düşmüşdü. Vezendonkların malikanəsinin əsas yaraşığı qa-