491
Rixard Vaqner
Mənim həyatım
lan hissədən incəliklə ayrılmış və Paris üslubunda suvaq işinin bəhrəsi olan yığ-
cam pilləkən idi: mən bir dəfə onun musiqili tədbirlər üçün əlverişli olduğunu
söyləmişdim. O vaxt bunu ötəri bir şəkildə təcrübədən keçirmişdik. İndi həmin
təcrübəni daha təntənəli bir şəkildə təkrarlamaq lazım gələcəkdi. Mən yaxşı bir
orkestr yığıb, Bethovenin simfoniyalarından seçilmiş, əsasən şən, nikbin xarakterli
parçalar səsləndirməliydim. Mərasim üçün gərəkli hazırlıqlar xeyli vaxt apardı və
doğum gününədək yekunlaşmadı. Beləcə, biz əlamətdar həftənin sonunadək ça-
lışdıq: konsert martın son günlərindən birində baş tutdu. Ailənin bayramı olduqca
yaxşı keçdi, Bethovenin əsərlərinə uyğun sayda alətlərdən təşkil olunmuş orkestr
mənim rəhbərliyim altında simfoniyaların seçmə parçalarını böyük uğurla ifa etdi.
Qonaqlar yan otaqlardan qulaq asırdılar. Bu ev konserti öz qeyri-adiliyinə görə
hər kəsdə yüksək təəssürat yaratdı. Başlamazdan qabaq ev yiyələrinin yeniyetmə
qızı mənə fil sümüyündən hazırlanmış, Semperin rəsmi əsasında oyma naxışlı di-
rijor çubuğu gətirdi. Bu, mənim ilk və yeganə fəxri hədiyyəm idi. Dirijor işində,
əlbəttə, heç bir nöqsan olmadı, hər bir cəhət, incəliklərinədək, yerli-yerindəydi.
Mənim istəyimlə konserti gurultulu yox, əksinə, çox həzin bir parçayla, “Doqqu-
zuncu simfoniya”nın adajiosuyla tamamladıqda qonaqlar etiraf etməli oldular ki,
bu musiqili səhər Sürix cəmiyyətinin həyatında əsl hadisədir.
Dostlarım bu musiqi bayramından qürur duydular: onlar həyəcanlanmış,
qəlbən sevinmişdilər. Məndə isə bu təntənə sanki həyatın məntiqi sonu, ən yüksək
nöqtəyə varılması, yayın kirişinin sonadək dartılması kimi ağrılı bir hissiyyat oyat-
mışdı. Sonradan doktor Villenin arvadı mənə dedi ki, eyni hisslər onu da nara-
hat edib. Aprelin 3-də “Tristan və İzolda”nın birinci pərdəsinin əlyazmasını çap
üçün Leypsiqə göndərdim. Xanım Vezendonka vəd etdiyim kimi, məlum çıxışı-
mızda hər alətin iştirakını əks etdirən, karandaşla cızılmış eskizləri, həmin vaxt-
dakı əhval-ruhiyyəmin ciddi və təmkinli ifadəsi olan kiçik bir qeyd əlavəsiylə ona
yolladım. Minna qonşumuz olan xanıma şübhəylə yanaşmağa başlamışdı və tez-
tez gileylənirdi ki, Vezendonklar ona lazımi qədər diqqət göstərmirlər, hərçənd,
mənim arvadım olduğu üçün buna haqqı çatır. Bundan əlavə, onun qənaətinə
görə, xanım Vezendonk bizim məclislərə gələndə açıq-aydın hiss etdirir ki, guya
yalnız mənim qonağımdır, arvadımın yox. Ancaq Minna öz qısqanclıq doğuran
şübhələrini aşkar şəkildə dilə gətirməyə ürək eləmirdi. O səhər təsadüfən bağçada
olan arvadım mənim göndərdiyim xidmətçini saxladı, bağlamanı açıb məktubu
oxudu. Yaşadığım əhval-ruhiyyəni anlayacaq halda olmadığından, sözlərin hərfi,
bayağı mənasını əsas götürdü: bu səbəbdən də mənim otağıma cummağa, guya
üzə çıxardığı bu dəhşətli fakta görə üstümə töhmətlər yağdırmağa tamamilə ixti-
yarı çatdığını düşündü. Sonralar etiraf etdi ki, onu ən çox özündən çıxaran qadının
səfeh hərəkətlərinə mənim tam sakit, soyuqqanlı, laqeyd münasibət göstərməyim
olub. Həqiqətən də, mən bir kəlmə də demədim, heç halımı pozmadım, onun qa-