Rixard Vaqner
Mənim həyatım
492
yıdıb qapıya yönəlməsini gözlədim. Bu səhnə bizim 8 il əvvəl bərpa olunmuş ailə
münasibətlərini davam etdirməyimizin mümkünsüzlüyünü bütün aydınlığıyla
sübuta yetirdi. Anladım ki, arvadımın bugünkü davranışının bundan sonrakı ya-
şayışıma həlledici təsiri olacaq. Qəti bir tərzdə ona özünü ələ almağı, həm yalnış
mühakimələrdən çəkinməyi, həm də bizdən ötrü heç bir əhəmiyyət daşımayan bu
cür mənasız hadisələrdən yayınmağı məsləhət gördüm. Deyəsən, bundan nəsə an-
ladı, söz verdi ki, səbirli olacaq, səfeh qısqanclıq hissinə uymayacaq. Bədbəxtlikdən,
getdikcə şiddətlənən, əhvalına çox pis təsir göstərən ürək xəstəliyi ona möhkəm
əzab verirdi. Gözünə qaranlıq çökür, ürəkgenişlənmədən əziyyət çəkənlərə xas
əzablı narahatlıqlar onu tərk etmək bilmirdi. Amma o, bir neçə gündən sonra daha
sərbəst nəfəs alacağına ümid bağlayıb, öz yəqinində xeyirxah niyyətlərlə, qonşu
qadının mənimlə dostluğunun gözlənilən qorxunc nəticələrinin qarşısını almağı
qərarlaşdırıbmış. Gəzintidən qayıdanda faytonda gedən Vezendonklarla rastlaş-
dım. Xanım Vezendonkun dilxor və ərinin onun əksinə, gülümsər sifəti diqqətimi
çəkdi. Nəsə baş vermişdi. Arvadımı da xeyli şən gördüm. O, mehribanlıqla mənə
əl uzatdı, ovqatımı yüksəltməyə çalışdı. Suallarıma təxmin ediləcək bir şəkildə ca-
vab verdi: o, ağlı başında bir qadın olaraq, belə hallarda nə etmək lazım gəldiyini
bilir. Odur ki, lazım bildiyi qaydada hərəkət edib. İzah elədim ki, bundan ən
çox o, ziyan çəkə bilər. Ona hələlik səhhətinin qeydinə qalmağı, bunun üçün də,
əvvəldən nəzərdə tutulduğu kimi,
Hallwyler
gölünün yaxınlığındakı Brestenbreqə
yollanmağı məsləhət gördüm. Bizə orada bir həkimin ürək xəstəliklərini uğurla
müalicə etdiyini demişdilər. Minna onun metodunu çox bəyənmişdi. Bir neçə gün
keçdi, bu müddətdə mən Vezendonkgildə nələr baş verdiyini öyrənməkdən yayın-
mağa çalışdım və nəhayət, arvadımı gözəl mənzərəli, kifayət qədər rahat şəraitli,
evimizdən nəqliyyatla iki-üç saatlıq məsafədə yerləşən kurorta yola saldım, o,
tutuquşusunu da özüylə apardı. Vidalaşma məqamında arvadım düşdüyümüz
vəziyyətin üzücü ciddiyyətini büsbütün anladı. Ona heç cür təsəlli verə bilmirdim.
Bircə bunu vəd elədim ki, onun əhdini pozmasından doğan acı nəticələri aradan
qaldırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
80
Minnanın qonşu qadına münasibətdə nə hoqqa çıxardığını evə qayıdanda
bildim. Rahat və firavan həyat sürməyim üçün hər zaman mənə yaxından qayğı
göstərən xanım Vezendonkla gerçək dostluq münasibətimi anlamayan arvadımın
kobudluğu o həddə çatmışdı ki, qonşu qadını guya nələrisə açıb onun ərinə danışa-
cağı ilə hədələmiş, nədə günahkar olduğunu heç cür anlaya bilməyən gənc qadını
möhkəmcə təhqir eləmişdi. O da, arvadımı məsələnin əsl mahiyyətindən xəbərdar