493
Rixard Vaqner
Mənim həyatım
etməməyimin səbəbini başa düşmədiyindən incikliyini mənə yönəltmişdi. Axır
ki, ortaq dostumuzun, doktor Villenin arvadının tədbirli vasitəçiliyi sayəsində hər
şey birtəhər yoluna düşdü. Xanım Vezendonkun nəzərində bəraət ala və arvadı-
mın davranışının məsuliyyətini öz üzərimdən ata bildim. Ancaq hər halda bildi-
rildi ki, təhqirə məruz qalmış qadın bundan belə mənim evimə gələ bilməyəcək
və arvadımla ünsiyyətə son qoyacaq. Buna yeganə cavabım Sürixdən getmək ola
bilərdi. Ancaq bu niyyətimi dilə gətirməyim zərərçəkmişdə elə bir mərhəmət his-
si oyatmadı və havada qaldı. Vezendonklarla qismən kəsilən münasibətlərimi
tamamilə korlanmış saymaq olmazdı, bu üzdən, aranın yavaş-yavaş düzələcəyini
düşünməklə özümə təsəlli verirdim. Ən çox da arvadımın səhhətinin yaxşılaşa-
cağına ümid edirdim, bu gümandaydım ki, bir az dirçələ bilsə, xətasını özü də
anlayacaq, günahını ağlabatan bir üsulla yuyub, qonşu ailəylə münasibətlərin
bərpasına imkan yaradacaq. Aradan bir müddət keçdi. Vezendonklar bir neçə
həftəliyə Yuxarı İtaliyaya səyahətə yollandılar. Çoxdan intizarında olduğum Erar
az qala tamam ruhdan düşdüyüm anda gəlib yetişdi: yalnız indi dərk elədim ki,
bu vaxta qədər necə yararsız, kökdən düşmüş bir royalla işləyirmişəm.
Breytkopf
və Hertel
firmasının məhsulu olan öz köhnə kapelmeyster royalımı aşağıya, ar-
vadımın otağına apartdırdım. Zövq etibarilə hədsiz mühafizəkar olduğundan,
onun bu royalda çoxdan gözü vardı. Axırda onu özüylə Saksoniyaya apardı və
gərək ki, 100 talerə satdı. Yeni royal ruhuma heyrətamiz bir sığal çəkdi, mən onda
müxtəlif fantaziyalar səsləndirdikcə içimdən “Tristan”ın ikinci pərdəsinin həzin
gecə sədaları öz-özünə süzülüb gəlirdi. Onun qaralama variantını həmin il mayın
əvvəlində yazmağa başladım.
81
Böyük Veymar hersoqunun onu Lüserndə qarşılamaq barədə gözlənilməz
təklifi üzündən işimə ara verməli oldum. İtaliya səyahətindən qayıdarkən ora-
da dayanacaqdı. Mən onun istəyinə əməl elədim və Lüsern mehmanxanaların-
dan birində, mühacirlik vaxtlarımdan tanıdığım kamerger fon Bolyenin otağında
öz xəyali himayədarımla söhbətləşmək şərəfinə nail oldum. Bu söhbətdən anla-
dım ki, “Tristan”ın Karlsruedə tamaşaya qoyulması haqda Böyük Baden herso-
qu ilə danışıqlarım Veymar sarayında müəyyən bir təsir oyadıb. Karl-Aleksandr
bu barədə söz salanda gördüm ki, “Nibelunqlar”ın Veymar teatrının səhnəsində
oynanılmasında onun açıq-aşkar marağı var. İstəyirdi ki, bu operanı Veymar te-
atrı üçün işləyəcəyimi vəd edim. Ona bu barədə söz vermək məndən ötrü heç
nə idi. Ümumiyyətlə götürəndə, darısqal divanda bacardıqca yayxanıb müxtəlif
məsələlərlə bağlı çənə vuran böyük hersoqun özü mənim üçün daha maraqlıydı.