Rixard Vaqner
Mənim həyatım
494
Söhbət zamanı o, savadının hesabına münasib bir təəssürat yaratmaq məqsədilə,
sözləri, ibarələri diqqətlə seçib sıralayırdı. Çox qəribəydi ki, cənab fon Bolyenin
bizim sözümüzü çox yersiz, həddən artıq duzsuz qeydlərlə kəsməsi hersoqu zərrə
qədər də narahat eləmirdi. Yeri gəlmişkən, böyük hersoq öz bəlağətli ifadələrilə
məndən Listin bəstəkarlıq fəaliyyəti barədə “əsl qənaətimi” öyrənmək istəyirdi.
Bu məqamda kamerger qeyd etdi ki, Listin bəstələri böyük virtuozun hoqqabazlı-
ğından başqa bir şey deyil. Böyük hersoqun üzündə, cüzi də olsa, narazılıq əlaməti
sezmədiyimüçün xeyli təəccübləndim. O, yüksək ehtiramla yanaşdığı dostubarədə
atmacanı laqeydliklə dinlədi. Bu isə hersoqun dostluğa sədaqətinə çox qəribə bir
şəkildə kölgə salırdı. Mənə qalanda, mümkün qədər söhbətin ciddiyyətini qoru-
mağa çalışırdım. Ertəsi gün, səhər-səhər hersoqla bir də görüşməliydim. Kamer-
ger ortada yox idi və bu onun düşüncələrinə müsbət təsir göstərmişdi. Ucadan da-
nışır, Listin məsləhətlərini, xidmətlərini, ətrafında yaratdığı canlanmanı layiqincə
dəyərləndirə bilmədiyini deyirdi. Ümumiyyətlə, o, List haqqında ən isti kəlmələri
dilə gətirirdi. Çox keçmədən böyük hersoqun arvadı içəridən çıxıb bizə yaxınlaşdı
və onun zərifliyi, xoş rəftarı məni valeh elədi. Onun rəftarı özünü bu qədər rəsmi
aparan bir xanıma aid olduğu üçün xüsusilə qiymətli idi və yaddaşıma əbədilik
həkk olundu. Mənimlə görüşə bu mötəbər şəxslər olduqca xoş bir yol macərası
kimi baxırdılar. Nə isə, həmin vaxtdan bəri (bu qeyd 1869-cu ildə yazılıb) onlar
haqqında heç nə eşitməmişəm. Sonradan, Veymara gedib, bu şəhəri tərk etməyə
hazırlaşan Listə baş çəkdiyim zaman o, hersoqu məni qəbul etməyə razı sala
bilmədi.
82
Səfərdən qayıdandan azca sonra Karl Tauziq, Listin tövsiyə məktubuyla ya-
nıma gəldi. Həmin vaxt onun 16 yaşı vardı. Görkəmcə çox suyuşirin idi, həm əqli
inkişafı, həm də danışıq tərzi ilə adamı heyrətləndirirdi. Pianoçu kimi Vyanada
geniş kütlə qarşısına çıxandan sonra onu “Gələcəyin Listi” adlandırırdılar. Elə o
da özünü belə aparırdı. Əlinə keçən ən tünd siqaretlərdən çəkirdi. O məni əməlli-
başlı dəhşətə gətirirdi. Ancaq yenə də vaxtının bir hissəsini mənimlə keçirmək
istəməsinə sevinirdim, çünki onun içərisindəki uşaqlıqla yetkin düşüncənin, hətta
bir qədər də hiyləgərliyin qarışığı xoşuma gəlirdi. Məni həm də onun heyrətamiz
dərəcədə mükəmməl fortepiano ifaçılığı, ümumiyyətlə, musiqi fəhminin itiliyi
cəlb edirdi. O həmişə not vərəqləri əsasında çalır, bəzən isə məni əyləndirmək
üçün özünü nadincliyə qoyub, sənətiylə oyunbazlıq edirdi. Tezliklə o mənim
evimə lap yaxın bir yerə köçdü, gündəlik qonağım olur, səhər yeməyini də, naha-
rı da bizdə yeyir və mütəmadi qaydada mənimlə birgə ətrafı dolaşmağa çıxırdı.