495
Rixard Vaqner
Mənim həyatım
Bu gedişlə az müddət sonra sıxılmağa başladı. Brestenberqə, Minnaya dəyməyə
mənimlə birlikdə o da gedirdi. Amma müalicənin gedişiylə maraqlanmaq üçün
müntəzəm olaraq hər həftə yollandığım bu səfərlər də tezliklə onu bezdirmişdi və
aradan çıxmaq üçün bəhanə axtarırdı. Görünür, Brestenberq də, Minna ilə tanışlıq
da ürəyincə olmamışdı. Ancaq Minnayla tez-tez görüşməkdən yayına bilməmişdi,
çünki o, evdən nigaran qaldığına görə mayın axırında müalicəsini yarımçıq qo-
yub, bir neçə günlüyə yanıma qayıtmışdı. Davranışından görürdüm ki, arvadım
müalicəyə yollanmazdan qabaq evdə baş verən hadisəyə qətiyyən əhəmiyyət ver-
mir, ortada “adi bir eşq macərası” olduğunu və özünün bu barədə lazımi ölçü gö-
türdüyünü düşünür. Bu barədə elə xoşagəlməz tərzdə, elə avam-avamdanışırdı ki,
hər nə qədər xəstəliyini nəzərə alıb onu belə söhbətlərdən kənarda tutmaq istəsəm
də, bir axşam ona əslində nəyin necə olduğunu, qonşu qadına münasibətdə öz-
başınalığının və səfeh hərəkətinin məndə - xeyli çətinliklə bərpa etdiyimiz - ailə
həyatımızın möhkəmliyinə ciddi şübhələr oyatdığını dəqiqliklə, yerbəyer anlat-
maq məcburiyyətində qaldım. Məlum hadisə məni qorxutduğuna görə əvvəlki
münasibətlərin bərpasından imtina etmək, Minnanı labüd ayrılığa hazırlamaq
qərarına gəlmişdim. Bu əsnada açıb dediyim acı gerçəklər, görünür, onu bərk sar-
sıtmışdı. Ən çox da, birtəhər qaydaya salmaqda olduğumuz ailə həyatını öz əllərilə
dağıtması barədə dediklərim təsir etmişdi ona. Cavabında ondan həm kövrək,
həm də haqlı gileylər eşitdim. Durub gedərkən, ömründə birinci və sonuncu dəfə,
səmimi bir üzüyolalıqla əlimdən öpdü. Arvadımla gecəyarısına qədər uzanan bu
söhbət məni dərindən həyəcanlandırdı. Mən təsirlənmişdim və bu zavallı qadı-
nın xarakterində böyük və qəti dəyişikliyin mümkünlüyünə içimdə bir ümid baş
qaldırmışdı. Həyatımızın hazırkı şərtlər altında sahmana düşə biləcəyinə təkrar
inandım.
Bütün bunlar məndə ruh yüksəkliyi yaratdı: arvadım müalicə kursunu
başa çatdırmaq üçün geriyə, Brestenberqə yollanmışdı, əla yay havası “Tristan”ın
ikinci pərdəsi üzərində işə müsbət təsir göstərirdi, Tauziqlə bərabər keçən ax-
şamlar mənim üçün əyləncəli olurdu. Kin saxlamadıqları hiss olunan qonşular-
la münasibətlər də mənim arzuladığım, uyğun bildiyim məcraya düşməkdəydi.
Özünü möhkəm təhqir edilmiş sayan xanım Vezendonkun da ovqatında müəyyən
dəyişiklik baş vermiş olmalıydı. Hər şeydən güclü olan zaman tədricən öz işini
görmüşdü. Mənim hesabımca, əgər arvadımmüalicə bitəndən sonra bir ara Sakso-
niyadakı qohumlarının yanına getməyə razılaşsa, baş verənlər tamamilə unudula-
caq, bunun ardınca da yavaş-yavaş bizimlə qonşular arasında gözəl münasibətlər
yaranacaq.