Rixard Vaqner
Mənim həyatım
496
83
Əhval-ruhiyyəmi lap yüksəldən isə qarşıdakı maraqlı bir görüş və iki nü-
fuzlu alman teatrı ilə yazışmağım oldu. İyunda Berlinin teatr üzrə intendantı,
Loenqrin”lə bağlı danışıqlar aparmaq üçün yanıma gəldi.
Tanhauzer”in qısa müddətdə Vyanada qazandığı müvəffəqiyyət nəticəsiz
ötüşməmiş, saray teatrının rəhbərliyi mövqeyini dəyişmişdi. Opera sahəsində tex-
niki işlərə başçılıq təzəlikcə kapelmeyster Karl Ekertə həvalə olunmuşdu. Operada
möhtəşəm ifaçı heyəti vardı. Elə həmin ərəfədə intendantlıq teatr zalının əsaslı
təmirini zəruri saymış, bunun ardınca isə tamaşaların nümayişi dayandırılmışdı.
Beləliklə, yeni mürəkkəb operanı öyrənmək üçün ifaçıların və orkestrin ixtiyarın-
da xeyli asudə vaxt vardı. Karl Ekert əlverişli şəraitdən ustalıqla yararlanmış və
rəhbərliyə “Loenqrin”i tamaşaya qoymağı təklif etmişdi. Mənimlə danışıqlar da
bu məqamda başlanmışdı. Müəlliflik hüquqlarımın məhz Berlin nümunəsi üzrə
qorunmasında israrlıydım, ancaq onlar bu barədə təminat vermək istəmirdilər,
səbəb isə, onların izahatına görə, teatrın əvvəlki zalının yığcamlığı üzündən tama-
şalardan olduqca az gəlir əldə etməsi idi.
Xoş bir gündə kapelmeyster Esser yanıma gəldi: onu Vyanadan xüsusi tap-
şırıqla göndərmişdilər ki, rəhbərliyin adından, “Loenqrin”in ilk iyirmi tamaşa-
sı müqabilində, mənə min qulden ödəyib, ikinci ödəniş üçün yenə də bu qədər
məbləğ vəd edərək, təcili razılığımı alsın. Bu namuslu musiqiçi öz səmimiyyəti,
xoş ədaları sayəsində məni çox tez yola gətirdi və mən uzun-uzadı fikirləşməkdən
vaz keçib, razılaşmanı imzaladım. Esser vicdanlı davranaraq “Loenqrin”in parti-
turasını mənimlə birlikdə gözdən keçirdi, bütün qeydlərimi həvəslə dinlədi. Biz
gələcəyə dair böyük ümidlərlə vidalaşdıq. O, yubanmadan işə başlamaq üçün
Vyanaya yollandı.
Ovqatımın yaxşı vaxtında, iyulun əvvəlində “Tristan”ın ikinci pərdəsinin qa-
ralamasını bitirdim və əsaslı şəkildə düzəltmə-tamamlama işinə girişdim. Ancaq
birinci səhnədən artıq davam edə bilmədim, çünki sonra işimin arasına davamlı,
bezdirici fasilələr girməyə başladı. Yenə Tixaçek gəldi, özünün dediyi kimi, son
vaxtlardakı gərgin işin ardından bir azca dincəlmək üçün kiçik qonaq otağımızda
yerləşdi. O mənim operalarımı Drezden teatrının repertuarına daxil etdirməyi ba-
carmasıyla, onların yerli publika qarşısında uğur qazanmasındakı roluyla öyünür-
dü. Həmin günlərdə Drezdendə “Loenqrin”in təqdimatı olmalıydı. Bu xəbərlər nə
qədər sevindirici olsa da, yenə də mən bu sevimli adamdan yaxa qurtarmaq üçün
yollar axtarırdım. Xoşbəxtlikdən, ağlıma gəldi ki, onu Tauziqin yanına göndərim.
Sonuncu, çətin vəziyyətdə olduğumu anladı və məni dardan qurtardı: Tixaçeki
yanına dəvət edib, az qala günlərlə kart oynamaq hesabına onun başını qatdı.