497
Rixard Vaqner
Mənim həyatım
Tezliklə gənc, elə bir o qədər də ünlü tenor Niman öz adaxlısı - məşhur aktrisa Ze-
baxla birgə təşrif buyurdu. O məni öz qeyri-adi boyu ilə heyrətə saldı, düşündüm
ki, eynən “Ziqfrid” üçün yaranıb. Beləcə, mənim evimdə eyni vaxtda iki məşhur
tenor peyda olmuşdu. Amma onlar heç nə oxumaq istəmirdilər: bir-birindən uta-
nırdılar. Nimana gəlincə, əmin idim ki, onun səsi əzəmətli görkəminə uyğundur.
84
İyulun 15-də arvadımın ardınca Brestenberqə getdim, o, təzədən evimizə qa-
yıtmalıydı. Mənim qısamüddətli yoxluğumdan istifadə edən saksoniyalı gonbul
xidmətçim fikirləşmişdi ki, ev sahibəsinin qaydışı şərəfinə ziyafət düzəltsin, buna
görə də “zəfər tağı” quraşdırmışdı. Bu, ciddi anlaşılmazlığa səbəb oldu. Minna
özlüyündə dərhal bunu belə yozdu: çiçəklərlə bəzədilmiş həmin tağ qonşuları-
mızın gözünə girir və kifayət qədər aydın şəkildə göstərir ki, buraya qayıtma-
sı ondan ötrü əsla alçaldıcı hal deyil, yəni, mən onu heç də mərhəmət üzündən
geri gətirməmişəm. Sevinib şadlanaraq təkid etdi ki, məlum qurğu hələ bir neçə
gün də beləcə qalsın. Həmin vaxt, çoxdankı vədləri üzrə, Bülovlar mənə baş
çəkməyə gəldilər. Tərs kimi, Tixaçek öz gedişini elə hey təxirə saldığından, qo-
naqlar üçün nəzərdə tutulmuş kiçik otaq boşalmaq bilmirdi, buna görə də dost-
larımı bir neçə günlüyə mehmanxanada yerləşdirməli oldum. Onlar təkcə bizdə
yox, Vezendonkgildə də olurdular. Tezliklə onların vasitəsilə öyrəndim ki, bizdəki
zəfər tağı” hələ də ötəndəfəki təhqiri unuda bilməyən gənc qadına nə cür təsir
edib. Qonşu qadının bu hədsiz həssaslığından dəhşətə gəldim. Xidmətçimin
səylərinin necə bir anlaşılmazlıq və dolaşıqlıq yaratdığını görəndə ortadakı qarı-
şıqlığın sakitcə həll edilə biləcəyilə bağlı ümidlərim puç oldu. Qarmaqarışıqlıq bir
neçə gün çəkdi. Buradan, buradakı adamlardan qaçmaq istəyirdim. Vəziyyətimin
ən dəhşətli tərəfi bu idi ki, mən dalbadal qonaq qəbul etməliydim. Nəhayət, Ti-
xaçek getdi və Bülovların ixtiyarına verə bildim. Onlarla xoş olan ünsiyyət
sayəsində hələ bir müddət də evdə qala bildim. Doğrudan da, onlar məndən ötrü
göydəndüşməydilər, evimin korlanmış havasını dəyişməyə xidmət edən nəfəslik
kimiydilər. Məhz Bülovların bizə köçdüyü gün mənimlə Minna arasında müdhiş
bir səhnə yaşandı, Hans da bunun şahidi oldu. Minnaya açıqca dedim ki, artıq
vəziyyətin nə yerdə olduğunu bilirəm, bundan sonra biz burda yaşaya bilmərik,
köçmək qərarımı isə yalnız cavan dostlarımız bizdə qonaq qalacaqları müddət
ərzində ertələmişəm. Bu dəfə Minnaya etiraf etdim ki, peşmanlığım yalnız onun
davranışları üzündən yaranmayıb.
Tambir ay biz “Yuva”da birlikdə yaşadıq: mən heç bir pis gümana düşmədən
evi bu cür adlandırmışdım. Bu çox dəhşətli dərəcədə ağır bir dövr idi, çünki bura-