Rixard Vaqner
Mənim həyatım
498
ları büsbütün tərk etmək barədə qərarımın doğru olmasına əminliyim günbəgün
artırdı. Cavan qonaqlarım heç də məndən az əziyyət çəkmirdilər. Mənəvi iztirab-
larım məni səmimi qəlbdən istəyən hər kəsə öz təsirini göstərirdi. Bunların sırası-
na tezliklə Klindvort da qoşuldu. O, elə bil Londondan məhz bizim bu qeyri-adi
birgə həyatımızı daha da ağırlaşdırmaq üçün gəlmişdi. Ev qonaqlarla doluydu.
Əvvəllər xoş duyğular oyadan nahar masası arxasında indi mən tutqun, qayğı-
lı, ürkək simalar görürdüm. Onları qarşılayan və qayğı göstərən qadın isə çox
keçmədən bu evi-ocağı tərk etməliydi.
85
Məndəqəribəbir hiss vardı: eləbil bir nəfər gələcəkvəbizimmünasibətlərdəki
bu qatı dolaşıqlığın üzərinə işıq salacaq, müəyyən qədər dinclik, yaxud da nizam
gətirəcəkdi. List söz vermişdi ki, gələcək. Onun bəxti yaman gətirmişdi, hər cür
hay-küydən, vurhavurdan kənarda idi. O, ən üstün səviyyədə şəxsi nüfuza malik
yüksək cəmiyyət adamı olduğundan, bizdə cərəyan edən anlaşılmazlığı yoluna
qoya biləcək adam təsiri bağışlamırdı. Hər halda, mən o gələnə kimi gözləyib,
sonra qəti qərar vermək istəyirdim. Gəlişini tezləşdirməsini israrla ondan xahiş
edirdim. Bunun əvəzində ondan mənə bir aylığa Cenevrə gölü tərəflərə getmək
təklifi gəldi. Dözümüm tamam tükəndi. Dostlarla birgə keçirdiyimiz vaxt büsbü-
tün qüssəylə doluydu. Bir yandan baxanda, heç kəs anlaya bilmirdi ki, mən belə
rahat bir evi nəyə görə tərk etməliyəm. O biri yandan isə, hamıya aydın idi ki, artıq
burada qalmaq mümkün deyil. Hərdən çarəni musiqidə axtarırdıq, ancaq halımız
olmurdu, heç cür özümüzü ələ ala bilmirdik. Ortalıqdakı qarışıqlıqdan baş açma-
ğa macal tapmamış başqa bir xoşagəlməz hadisə haqladı: İsveçrə İfaçılar Bayramı
təşkil olunmuşdu. Üstümə cürbəcür xahiş və tələblər yağırdı. Hamısından boyun
qaçırmağa çalışırdım, amma bu heç də hər dəfə alınmırdı. Məsələn, mən bu bay-
ram təntənəsinə qonaq kimi qatılan cənab Frans Laxneri qəbul etməyə bilməzdim.
Tauziq, Laxnerin məhz bu bayram üçün qədim alman üslubunda bəstələdiyi,
onun uşaqsayağı falseti üçün tamamilə münasib olan hərbi mahnını yüksək okta-
vada oxumaqla bizi əyləndirdi. Ancaq onun zarafatları da əvvəlki qədər kefimizi
açmırdı. Başqa vaxt olsaydı, yayın bu ayı həyatımın ən qaynar çağlarından biri
olardı. Amma indi hər şey inadla mənimmənəvi əzablarımı artırmaqdaydı. Qızını
və kürəkənini görməyə gələn qrafinya d Agoult da bizə qoşuldu. Yəqin, evdə bircə
qarış da boş yer qalmasın deyə, uzun çək-çevirdən sonra Karl Ritter də gəlib çıxdı
və beləliklə də, onunmaraqlı, orijinal bir adamolması barədə rəyimi təsdiqlədi. Qo-
naqlarımın bizi tərk edəcəkləri vaxt yaxınlaşanda özüm də evlə bağlı məsələlərin
həllinə girişdim. Bundan ötrü vacib olan nə vardısa, etdim. Vezendonkgilə baş