499
Rixard Vaqner
Mənim həyatım
çəkdim, yəqin ki, tamam dolaşığa düşən bu vəziyyətə, buranı tərk etməyimə səbəb
olan narazılığa görə özünü qınayan həmin qadınla vidalaşanda Bülov da yanı-
mızdaydı. Dostlarım məndən hədsiz həyəcan içində ayrılırdılar, özüm isə tamam
məhv olmuşdum, onların duyğu dolu təsəlli kəlmələrinə güclə cavab verirdim.
Avqustun 16-da Bülovlar da evi tərk etdilər: Hansın gözləri yaşarmışdı, Ko-
zima qəmli bir sükuta qərq olmuşdu. Minna ilə belə razılaşdıq ki, mən gedəndən
sonra o, evi səliqəyə salmaq, azdan-çoxdan nəyimiz vardısa, hamısını yerbəyer
etmək üçün hələ bir həftə də Sürixdə qalsın. Məsləhət gördüm ki, bu dilxor işləri
başqasına həvalə eləsin, çünki bilirdim, hazırkı vəziyyətdə bütün bunlar onun
üçün çox ağır olacaqdı. O razılaşmadı. Başımıza gələnlər azmış kimi, üstəlik, o,
əmlakı paylaşmağımızı istədi: hər işin öz qaydası var! Sonradan xəbər tutanda
ki, Minna yola düşmək ərəfəsində əmlakın bölüşdürülməsi ilə bağlı işləri “xüsu-
si təmtəraq”la yekunlaşdırıb, qanım lap qaraldı. Arvadım gündəlik qəzetdə elan
verdirib ki, ucuz qiymətə ev üçün zəruri əşyalar satılır və bununla da xeyli səs-
küyə səbəb olub. Böyük bir sensasiya alınıb. Yüz cür dedi-qodu yayılıb, bizim
köçməyimiz və onun səbəbləri eninə-uzununa müzakirə edilib. Bir sözlə, əməlli-
başlı qalmaqal çıxıb. Bütün bunlar sonralar mənə də, Vezendonkgilə də cürbəcür
xoşagəlməz hallar və dərin peşmanlıqlar yaşatdı.
86
Bülovlar getdiyi günün ertəsi – yalnız bu dostların varlığı sayəsində bir yerdə
qərar tuta bilirdim– avqustun 17-də, yuxusuz keçirdiyimgecədən sonra sübh tezdən
yatağımdan qalxıb aşağıya, yemək otağına düşdüm, Minna artıq səhər yeməyini
hazırlayıb orda məni gözləyirdi: saat 5-də qatarla yola çıxmalıydım. Arvadım sa-
kit görünürdü. Ancaq biz faytonla vağzala gedəndə halının ağır olduğu bir anlığa
özünü göstərdi. Səma aydın, buludsuz idi, qızmar yay günüydü. Mən bircə dəfə də
geriyə boylanmadım. Minna ilə vidalaşanda gözümdən bir damcı da yaş çıxmama-
sı az qala məni qorxutmuşdu. Əksinə, parovoz tərpənəndə açıq-aşkar rahatlıq hiss
etdim, özü də bu rahatlıq Sürixdən uzaqlaşdıqca daha da artırdı. Aydın məsələydi,
son vaxtların yersiz əzabları tamamilə dözülməz idi və mənim enerjim, onun əzəli
təyinatı həmin anormal, məşəqqətli hallardan çıxmağımı təkidlə tələb edirdi. O gü-
nün axşamı Cenevrəyə çatdım. Orda azca dincəlib gücümü səfərbər etmək, daha
sakit halda gələcəyə dair planlar cızmaq istəyirdim. İkinci dəfə İtaliyaya səfər etmək
fikrində olduğumdan, iqlim dəyişikliyinin zərərli təsirinə düçar olmamaq üçün pa-
yızın gəlişini gözləməliydim. Mən bütöv bir aylığa “
Maison Fazy”
də otaq tutdum
və bir müddət orda yaşayacağımla özümə təskinlik verdim. Fikirlərimi, İtaliyaya
səfərlə əlaqədar planlarımı Lozannada olan Karl Ritterə yazdım.