Rixard Vaqner
Mənim həyatım
500
Təəccüblü də olsa, cavabında öyrəndim ki, o da Lozannanı tərk etmək, arva-
dı ailə məsələlərinə görə qışı Saksoniyada keçirəcəyindən, özü təkbaşına İtaliyaya
getmək niyyətindədir. Mənə yol yoldaşı olmağı təklif edirdi ki, bu da tam yerinə
düşdü. Bu vaxtlar Venetsiyada havalar babat keçirdi, İtaliyaya keçənilki səfərində
Karl bunun əyani şahidi olmuşdu. Bu üzdən də səfəri tezləşdirməyə qərar ver-
dim. Pasport məsələmi qaydaya salmaq lazım idi. Hələ də mühacir sayılırdım,
odur ki, Alman İttifaqına yox, Avstriyaya məxsus olan Venetsiyada rahat dolaş-
maq üçün Berndəki səfirlikdən zəmanət gözləyirdim. Bu xüsusda məlumat almaq-
dan ötrü Listə müraciət edəndə məni oraya getməkdən qətiyyətlə çəkindirməyə
çalışdı. Ancaq Berndəki dostlarımdan birinin Avstriya səfirliyindən aldığı sənəd
mənim əl-qolumu açdı, bir həftə Cenevrədə qalandan sonra, səfərə hazır olduğum
barədə Karl Ritterə xəbər çatdırıb, onun Lozanna yaxınlığındakı fərqli görünüş-
lü malikanəsinə tərəf yollandım. Mənimlə birgə yola çıxmağa onu şəxsən dəvət
elədim.
87
Yolda nadir hallarda söhbətləşir, təəssüratlarımızı çox zaman dinib-danış-
madan bölüşürdük. Yolumuz Simplondan keçib
Lago Maggiore
yə tərəf uzanır-
dı, bu arada mən ikinci dəfə Bavendən ötüb Borromey adalarına ayaq basdım.
İzol Bellin bağa baxan eyvanında mən, qətiyyən zəhləmi tökməyən, əksinə, çox
zaman dinib-danışmayan dostumla birgə, yayın sonlarına xas gözəl bir səhərin
ləzzətini duydum. İlk dəfə özümü tamamilə sakitləşmiş, qarşıdakı ahəngdar sa-
bahların ümidiylə qanadlanmış hiss etdim.
Sesto Calende
dən Milana qədər olan
yolu dilicansda getdik. Karl az qala oradakı məşhur kilsəni seyr etməyimə im-
kan verməyəcəkdi: o, vurğunu olduğu Venetsiyaya mümkün qədər tez çatmaq
istəyirdi. Məni bu cür dartıb aparması xoşuma gəlirdi. Avqustun 29-da, günəşin
batan çağı vaqonun pəncərəsindən baxıb irəlidə sanki ayna sulardan üzüb çıxan
Venetsiyanı görəndə Karl cuşa gələrək başını vaqondan bayıra çıxardı, ehtiyatsız
hərəkəti üzündən də şlyapasından oldu. Ondan geri qalmamaq üçün mən də özü-
münkünü pəncərədən tulladım. Beləcə, başıaçıq halda Venetsiyaya çatdıq, dərhal
da qondol (Venetsiyalıların ənənəvi avarlı qayığı) tutduq ki, Böyük Kanal boyun-
ca, Müqəddəs Mark meydanı yaxınlığındakı
Piasseta
ya qədər üzüb gedək. Birdən
hava tutuldu. Qondolun görkəmi məni əməllicə qorxutdu. Bu qəribə, büsbütün
qara rəngə boyanmış qayıqlar haqqında çox eşitsəm də, yenə də görünüşü məni
təşvişə saldı. Qara örtüklü damın altına girmək məqamı gələndə vaxtilə vəbadan
qorxanda yaşadığım vahiməyə bənzər bir hiss keçirdim. Elə bil məni vəbadan
ölənlərin meyitlərini daşımağa məcbur edirdilər. Karl mənə ürək-dirək verdi