501
Rixard Vaqner
Mənim həyatım
ki, əvvəlcə hamıda belə olur, ancaq az sonra qondola alışırsan.Və budur, Böyük
Kanalın döngələrilə uzun səyahət başlandı. Yeni təəssüratlar ovqatımı korlayan
duyğuları silib apara bilmədi. Karl zamanın hökmüylə sökülüb-dağılmaqda olan
binalara fikir vermədən, mənim diqqətimi yalnız Fanni Elslerin
Ca doro
una və baş-
qa məşhur saraylara yönəltmək istədiyi anlarda sönük baxışlarım ancaq kədərli
xarabalıqlarq dikilirdi. Nəhayət, çarəni tamam susub, səbrlə gözləməkdə gördüm,
bütün dünyada məşhur olan
Piasseta
nın yanında düşmək və Dojlar palassosuna
baxmaq istədiyimi bildirdim. Yeri gəlmişkən, özümə söz verdim ki, bu palassonu
seyr etməyin əsl ləzzətini daha sonra – Venetsiyaya gələndən bəri qərq olduğum
melanxolik ovqatdan qurtulanda dadacağam.
88
Yalnız yarıqaranlıq, pəncərələri kiçik, dar kanallara açılan otaqlardan ibarət
Danieli”
otelində keçirdiyimiz gecənin səhərisi mən uzun müddət qalmaq üçün
əlverişli yer axtarmağa başladım. Eşitdim ki, Palasso
Foscari
yaxınlığında,
Giustini-
ani
nin üç sarayından birində qış vaxtı, əlverişsiz vəziyyət üzündən, əcnəbilər ya
az olurlar, ya da heç olmurlar. Orda hündür tavanlı, olduqca geniş otaqlar tapdım.
Dedilər, onların hamısı boşdur. Gözəl, geniş bir zal və ona bitişik yataq otağını
kirayələyib, dərhal yol əşyalarımın buraya gətirilməsini istədim. Avqustun 30-u,
axşam öz-özümə dedim, hə, indi Venetsiyadayam. Qalmaq üçün yer seçəndə bir
fikri əsas tutmuşdum: işləməyimə kimsə mane olmamalıydı. Tez Sürixə yazdım
ki, mənə Erarı, bir də yorğan-döşəyimi göndərsinlər, çünki burda keçirdiyim ilk
gecədəcə Venetsiya soyuğu ilə tanış olmuşdum. Çox keçmədi ki, zalın boz rəngə bo-
yanmış divarları məni qıcıqlandırmağa başladı: onlar, zənnimcə, zövqlə işlənmiş,
üzəri freskalı plafona qəti uyuşmurdu. Sifariş verdim ki, böyük otağın divarlarına
tünd-qırmızı rəngli adi, hamar oboylar yapışdırsınlar. Bu cəhət mənə bir az na-
rahatlıq verirdi. Ancaq getdikcə artan heyrət hissi ilə saatlarla balkondan aşağı,
möhtəşəm kanala tamaşa edib, öz-özümə “”Tristan”ı burada tamamlayacağam”
dediyim an artıq qorxum yox olmuşdu. Bir başqa dəyişiklik də sifariş verdim: ən
ucuz kağız materialdan olan tünd-qırmızı rəngdə üzlük alıb qapılara çəksinlər. Bu
uçuq-sökük sarayın sahibi olan macar əvvəlki – qədimi, bahalı və yəqin ki, oğur-
lanmış qapıların yerinə adi, saya qapılar qoydurmuşdu. Qeyd edim ki, bina sahibi
otaqların tərtibatına, mebellərin düzülüşünə bir qədər teatral görüntü verilməsinə
çalışmışdı. Adi meşinlə üzlənmiş olsalar da, qızıla çalan kürsülər tapıb gətirtmişdi.
Gözəl, qızılı rəngdə oymalı altlıq vardı, üstünə adicə küknar budağı qoyulmuşdu.
Təkcə yaxşı bir xalçanın yeri görünürdü. Nəhayət, mənim “Erarım” gəlib çıxdı.
Onu böyük zalın ortasına qoyduq və bundan sonra musiqimin sədaları gözəl Ve-
netsiyaya yayılmağa başladı.