Redaktorlar:
Vüqar Qaradağlı,
Səlim Babullaoğlu
Elmi məsləhətçi:
Firəngiz Əlizadə
Tərcüməçilər:
Qismət Rüstəmov (birinci, üçüncü hissələr)
Rəbiqə Nazimqızı (ikinci hissə)
Korrektor:
Sevil Gültən
Bədii və texniki tərtibat: Cavid Kişiyev
Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində səhifələnib və tərtib olunub
Dahi alman bəstəkarı Vilhelm Rixard Vaqnerin (1813-1883) öz dilindən
qələmə alınmış “Mənim həyatım” adlı xatiratı bir çox məziyyətləri ilə mədəni
həyatımız üçün önəmli hadisədir. Kitab vasitəsilə oxucular bu böyük bəstəkarın,
yazıçı və mütəfəkkirin, opera sənəti islahatçısının həqiqi sənətkar kimi yaşadığı
məhrumiyyət dolu keşməkeşli, eyni zamanda mənəvi baxımdan zəngin ömür yoluy-
la tanış ola biləcəklər. Onun uşaqlığı, sənətə, musiqiyə olan sevgisinin formalaşması,
məhəbbət macəraları, List, Berlioz, Mendelson, Spontini kimi müasirləri olan bir çox
böyük bəstəkar və musiqiçilərlə dostluğu, münasibətləri, mükalimələri, bəstəkarın
sonradan ona ölməzlik qazandıran yaradıcı fikirləri, bəzən ziddiyyətli düşüncələri,
Loenqrin”, “Uçan hollandiyalı” kimi klassik müsiqi şedevrlərinin həqiqi tarixçələri -
bütün bunlar kitabı oxucu üçün olduqca qiymətli edən keyfiyyətlərdir.
Kitab ana dilimizdə nəşr olunan bir ilk kimi də qiymətlidir. Vaqner
yaradıcılığının pərəstişkarları və bütövlükdə ciddi musiqi ilə məşğul olan peşəkar-
lar üçün dəyərli mənbə olan kitab rahat dili və təhkiyəsi ilə eyni zamanda bütün
oxucular üçün əlçatandır.
Bu nəşr, həmçinin Azərbaycan-Almaniya mədəni əlaqələri üçün qiymətli
töhfə, bu əlaqələrin inkişafı istiqamətində növbəti uğurlu addımdır.
ISBN: 978-9952-483-50-5
© Heydər Əliyev Fondu. 2013.
© Heydər Əliyev Mərkəzi. 2013.