3
ÖN SÖZ
Dünya opera tarixini “Vaqnerə qədər və Vaqnerdən sonra” deyə şərti ola-
raq iki dövrə ayırmaq olar. Bəstəkarın opera janrının inkişafındakı həqiqi inqilabi
dəyişikliklər etməsi şərtləndirib bu bölgünü. A.Brukner, Q.Maler, R.Ştraus kimi
bəstəkarlar və sonrakı nəsillərdən olan bir çoxları, bu və ya digər formada həmin
bu qüdrətli dühanın təsirinə düşüblər.
Böyük opera islahatçısının öz sözlərinə görə o, “1813-cü il mayın 22-sində,
Leypsiqdə, Brüldə, “Qırmızı və Ağ şir” adlanan binanın ikinci mərtəbəsində” ana-
dan olub. İki gün sonra Müqəddəs Foma kilsəsində xaç suyuna salınıb və Vilhelm
Rixard adını veriblər ona. Atası Fridrix Vaqner elə həmin ilin oktyabrında, Napole-
onun məşhur Leypsiq döyüşündən sonra tifdən dünyasını dəyişib. Vaqnerin anası
İohanna Rozina (qızlıq soyadı Pets) ikinci dəfə ailə dostu, aktyor Lüdviq Heyerə
ərə gedib ki, Heyer də qayğı və sevgisi ilə Vaqnerə demək olar atasını əvəz edib.
Ailə 1815-ci ildə Drezdenə köçür. Balaca Rixardı atalığı öz soyadı ilə məktəbə yaz-
dırır və Vaqner məhz burda ilk dərslərini almağa başlayır: “...beləliklə, drezdenli
yoldaşlarım on dörd yaşıma qədər məni Rixard Heyer kimi tanıdılar.” Lüdviq He-
yer Leypsiqdə vəfat edir, yalnız bu hadisədən bir neçə il sonra, 1827-ci ildə “köhnə
vətəndə” Rixard yenidən Vaqner soyadını qəbul edir. Münasibətləri uzunmüddətli
olmasa da (Vaqnerin atalığı 1821-ci ildə vəfat etmişdi), oğlanın şəxsiyyətinin for-
malaşmasında onun təsiri böyük olmuşdu. “Görəsən, onun doğrudanmı həqiqi
musiqi istedadı var?!” - Lüdviq Heyerin ölüm döşəyində söylədiyi bu sözlər
tərəddüddən daha çox təsdiq olmaqla sonradan peyğəmbəranə səslənirdi.
Vaqner Drezdendə Müqəddəs Xaç məktəbinə gedir, yunan mifologiyası,
şeir dolu dastan və nağıllar, tarix onu cəlb edən yeganə fənlərə çevrilir. Odur ki,
Vaqnerin gələcək fəlsəfi-estetik görüşləri üçün artıq uşaqlıqdan şərait yaranmışdı.
Üstəgəl, erkən uşaqlıq çağlarından teatrla da maraqlanırdı Vaqner: “Uşaq vaxtı
marağımı və fantastikaya meylli təxəyyülümü təmin edən, məşğul edən hər şey
sonradan həddindən artıq ciddi, şüurlu bir ehtirasa çevrildi. “Yuli Sezar”, “Maq-
bet”, “Hamlet”, Şillerin pyesləri və Hötenin “Faust”u mənə olduqca dərin bir
həyəcan verir, ruhlandırırdı”.
Teatrla bərabər musiqi də Vaqneri cəlb edirdi, on iki yaşındaykən ailəsinin
dəvət elədiyi Human adlı musiqi müəllimi Rixarda “ilk həqiqi, amma cansıxıcı
fortepiano dərsləri” verməyə başladı. Bütün bu dərslərin hədəfi o dövrdə Vaqneri
hər şeydən daha çox məftun edən K.M. Veberin uvertüraları idi. “Böyük qüsur-
larla da olsa “Freyşüts” uvertürasını özüm üçün ifa etməyi öyrənmişdim, odur
ki, əsas məqsədimə çatdığımı düşünərək bundan sonra dərs almaq istəyi hiss
eləmədim.” Veberə marağıyla yanaşı Vaqner, Serlinanın “Batti, batti, ben Masetto”
ariyettasına əsaslanaraq, Motsartın “Don Juan”ını “zərif və qadınsayağı gücsüz”