4
hesab edirdi. Opera mətninin italyan dilində olması onu xüsusilə qıcıqlandırırdı:
Yaxşı yadımdadır, mən elə əvvəlcədən italyan yox, alman operasının tərəfində
idim”. Digər tərəfdən, Motsartın “Rekviyem”i Vaqnerə çox güclü təsir göstərdi və
əsərlə tanışlıq “bu sənətkara da həvəsin yaranmasına təkan oldu”.
Müqəddəs Xaç məktəbini bitirdikdən sonra, 1828-ci ildə, Vaqner Leypsiqdəki
Nicolai Schule”yə daxil olur və bu tədris müəssisəninin müəllim heyəti ilə yola
getmir. Məktəb məşğələləri onu bir o qədər maraqlandırmırsa da, dram yazmaq
fikri ona büsbütün hakim kəsilir. Arzusu yerinə yetir. On beş yaşında Vaqner
bütünlüklə Şekspirin, xüsusən də “Hamlet”, “Maqbet” və “ Kral Lir” faciələrinin,
bir də Hötenin “Hets fon Berlihingen” əsərinin təsiri ilə “Leybald və Adelaida”
(“
Leubald und Adelaide”) adlı böyük faciəsini yazır. Bu, bəstəkarın ilk dramaturji
təcrübəsi idi ki, sonralar operaları üçün bütün librettoları həmişə o özü yazacaqdı.
Bəstəkarlığın, kompozisiyanın qayda-qanunları barədə aydın təsəvvürü ol-
masa da, 1829-cu ildə Vaqner “D-moll” (re-minor) adlı ilk sonatasını yazır. Ancaq
Vaqnerin dahi bəstəkar kimi inkişafı demək olar, ümumilikdə məhz bu vaxtdan
başlayır. Özünü bütünlüklə musiqiyə həsr etmək Vaqner üçün qarşısıalınmaz
istəyə çevrilmişdi. Əslində, memuarlarındakı etiraflarına baxsaq, gələcək bəstəkar
üçün “musiqi ilə məşğul olmaq hansısa musiqi alətində ifa etmək yox, yalnız
bəstəlçilik” mənasına gəlir, darıxdırıcı harmoniya dərsləri isə bəhrəsini vermir-
di”. Buna görə o, sevimli bəstəkarlarının partituralarını köçürərək özünütəhsillə
məşğul olmağa başlayır. Vaqnerin kəşf etdiyi bu qeyri-adi özünütəhsil üsulu
müsbət bəhrəsini verməyə başlayır – o bəstəkarlıq sənətinin qanunlarına yiyələndi
və çox tez bir zamanda, öz sözü ilə desək, “komponirovka”nı öyrəndi. Bundan
başqa, Vaqnerə Bethovenin yaradıcılığı ilə tanışlıq da kömək etdi. Bu sənətkar,
gənc bəstəkarın musiqi zövqünün formalaşmasına güclü təsir göstərdi.
Bu vaxt ailədə qalmaqal düşdü, məlum oldu ki, Vaqner artıq yarım ildir “Ni-
colai Schule”dakı dərslərə getmir. Müəllimləri onun haqqında heç yaxşı şeylər dü-
şünmürdü və 1830-cu ildə o məktəbi buraxaraq universitetə qəbul olmaq ümidini
də itirir.
İyulda Fransadan inqilab sədaları gəlməkdəydi. Bütün Avropanı bürüyən
İnqilab dalğası Saksoniyaya da toxunur və bu hadisələr Vaqneri “Fridrix və azad-
lıq” (Vettinlər sülaləsinin Albertin xəttindən olan, 1836-cı ildən 1854-cü ilədək
hakimiyyətdə olmuş Saksoniya kralı II Fridrix Avqust nəzərdə tutulur) adlı siyasi
uvertürasını yazmağa həvəsləndirir.
Lakin universitetə daxil olmaq arzusu Vaqneri tərk etmir. Pasxa tətillərindən
əvvəl o, birbaşa rektora mütaciət edərək musiqi bölməsinin tələbəsi kimi qəbul
olunmağı xahiş edir, razılıq alır və 1830-cu ildə Leypsiq universitetinə da-
xil olur. Burada o, fortepiano dərslərini orqan ifaçısı Hotlib Müllerdən, musi-
qi nəzəriyyəsini isə Müqəddəs Foma (Tomaskirxa) məktəbinin kantoru Teodor