5
Veylinqdən öyrənməyə başlayır. Bir vaxtlar həmin məktəbin kantoru vəzifəsini
böyük Bax tuturdu.
Vaqner universitetdə bəstəkarlıq fəaliyyətini genişləndirir. Nəticədə
C-dur”(do major) uvertürası, dörd əllə ifa üçün “B-dur”(si bemol major) sonatası
və ən vacibi – 1830-cu ilin Milad bayramında publika qarşısında ifa zamanı uğur-
suzluqla qarşılansa da Vaqnerin həyatında “bir epoxa olan” “B-dur”uvertürası ya-
ranır. “Mən bu əsərdə orkestrin mistik rolunu xüsusilə vurğulamağa çalışırdım:
onu üç dünyaya, üç müxtəlif və bir-biri ilə mübarizə aparan elementə bölmüş-
düm”. Vaqnerin etirafına görə, musiqi onun üçün “demonların səltənəti, mistik
ucalığa malik möcüzələr dünyası olub və qalır: mənə görə hər bir düzgünlük onu
eybəcərləşdirirdi”. Vaqnerin musiqiyə bu münasibəti uşaqlıqdan formalaşıb –
musiqi alətlərinin köklənməsi belə mənə mistik təsir göstərirdi: üzərində yayın
gəzişdiyi skripka kvintasının səsləri mənə dolayısı ilə yox, birbaşa, hərfi mənada
ruhlar aləmindən göndərilən salam kimi görünürdü. Hələ uşaq ikən həmin o kvin-
ta səsi məni həyəcanlandıran ruhlar dünyası ilə vəhdət təşkil edirdi”.
1831-
ci il Vaqner üçün “simfonik musiqi” ili oldu: o, bir sıra uvertüralar yaz-
dı və onların çoxu konsertlərdə ifa olundu. Həmçinin “Motsart və Bethovendən
mənimsədiyi hər şeyi ortaya qoyduğu” irihəcmli Birinci simfoniyası “C-dur”u da
bəstələdi. Bu əsər 1833-cü il yanvarın 10-da Leypsiqin məşhur konsert zalı He-
vandhausda dinləyicilərin qarşısında ifa olunmuşdu.
1832-
ci ildə Vaqnerdə ilk dəfə opera yazmaq istəyi yaranır. İlk təcrübə uğur-
suz alınır – “Toy”u, “bu qaranlıq, bir zərrə olsun belə işıqdan məhrum, qapqara
etüdü” yazan Vaqner əsərini bacısı Rozaliyaya göstərir. Onun razılığını almayan-
da isə “heç bir həyəcan və tərəddüd olmadan bütün əlyazmanı yox edir”.
Yeni süjet Karlo Qozzinin (1720-1806) “İlan qadın” pyesindən götürülmüş-
dü. Vaqner librettonu yazandan sonra operasına “Pərilər” adını verir. Bu opera da
əvvəlki kimi hələ 1832-ci ildə düşünülmüşdü. Növbəti il ərzində Vaqner operanın
musiqisi üzərində səylə işləyir və 1834-cü ildə onu tamamlayır. Vaqnerin bu ope-
ranı Leypsiqdə səhnələşdirmək cəhdləri uğursuzluqla nəticələnir, opera ilk dəfə
1888-
ci ildə Münhendə bəstəkarın ölümündən sonra səhnəyə qoyulur.
Pərilər”in musiqisi üzərində işləməklə yanaşı Vaqner, yeni opera mətni
barədə planlar qururdu. Şekspirin “Qisasa qisas” əsərinin süjeti əsas götürülür.
Vaqner gələcək operasını “Sevgi qadağası və ya Palermodan olan itaətkar” adlan-
dırır.
Bəstəkarlıq fəaliyyətini davam edə-edə Vaqner 1834-cü ildə Maqdeburq ope-
ra teatrında kapelmeyster vəzifəsinə təyin olunur. Bundan sonra o, operalarının
səhnəyə qoyulmasına özü nəzarət edə bilərdi. “Sevgi qadağası”nın premyerası
1836-
cı ildə baş tutur, ancaq demək olar uğursuzluğa düçar olur. Vaqnerin yeni
uvertürası “Britaniya, hökmranlıq et!” (Rule, Britania!) da müvəffəqiyyət qazan-