6
mır. Həmin il Maqdeburq teatrının opera truppası dağılır və Vaqner Köniqsberqə
köçür. O, Köniqsberq opera teatrında yenidən dirijorluğa başlayır.
1836-
cı il bəstəkarın həyatında daha bir önəmli hadisə ilə yadda qalır – Vaqner
24
noyabrda aktrisa Minna Planerlə evlənir. Onların arasında artıq uzun müddətdi
ki, səmimi dostluq var idi, 1832-ci ildə tanış olmuşdular. Amma nikah uğursuz-
du. Maddi çətinliklər və həyata baxışların müxtəlifliyi ayrılığa səbəb olur. 31 may
1837-
ci ildə bütün qış və yaz boyu davam edən mübahisələr və incikliklərdən son-
ra Minna planları barədə əvvəlcədən heç bir məlumat verməyib ərinin evini tərk
edir.
Şəxsi həyatındakı faciə yaşadıqdan və Köniqsberq teatrı, antreprenerin iflası
nəticəsində bağlandıqdan sonra, Vaqner həmin ilin avqustunda yeni yaradıcılıq
planları ilə kapelmeyster təyin olunduğu Riqaya yola düşür. Həmin ərəfədə Ed-
vard Corc Bulver-Littonun (1803-1873) yenicə oxuduğu “Kola di Riensi” romanı
Vaqnerə “bu süjet əsasında qurulmuş böyük opera”nın planını hazırlamağa sövq
edir. “Mətnini hələ Riqaya təzə gəldiyim vaxtlarda bitirdiyim “Riensi”nin musiqi-
si mənim üçün başqa, çox arzuladığım, zəngin dünyaya körpü olmalı idi... 1838-ci
il yayın ortalarında mən işə başladım.”
Riqada Vaqnerin həyat yoldaşı ilə münasibətləri bərpa olur. Minna elə də çox
vaxt keçmədən ərinə məktub yazaraq etiraf edir ki, “onu xəyanətə yalnız ümidsiz-
lik məcbur eləmişdi” və o, həqiqətən peşmandır. Vaqner arvadını heç vaxt və heç
nədə günahlandırmayacağına səmimi qəlbdən söz verir və bu vədinə “sözün hərfi
mənasında tam” əməl edir. Oktyabrın 19-da onlar yenidən birləşirlər. Lakin Ri-
qada da həyat asan olmur. “Tamamilə öz ixtiyarıma buraxılmışdım və hamı üçün
yad idim... get-gedə artan ikrahla teatr heyətindən uzaq gəzirdim... və 1839-cu ilin
martında rəhbərlik mənə azad olunduğumu bildirdi”.
Paris Vaqneri özünə cəlb edirdi. “1839-cu ilin qarşıdakı yayında biz Riqadan
birbaşa Parisə yola düşəcəyik ki, orda da mən yalnız opera bəstəçiliyi sahəsində
bəxtimi sınayacam”. Ailə Parisə yolüstü Londonu da ziyarət etməklə dəniz yolu
ilə gedir. Məhz Riqadan Londona bu səfər zamanı Vaqner “Uçan hollandiyalı”
operası üçün süjet üzərində düşünür. Bu fikir onun ağlına səyahət etdikləri gəmi
dəhşətli fırtınada batmaq təhlükəsi ilə üzləşəndə gəlmişdi. Vaqner dənizçilərdən
lənətli gəmi və onun müəmmalı kapitanı barədə əfsanəni eşidir, bu süjet onun
təxəyyülünə ilham verir. Lakin Parisə gələndə o, yeni fikirlərlə yanaşı “Riensi”nin
üzərində də işləyirdi. Son variantda opera “Kola di Riensi, sonuncu tribun” adını
alır. Operadan başqa Vaqner böyük “ Uvertüra-Faust”u bitirir. Həmçinin, “Uçan
hollandiyalı” da tezliklə tamamlanır (1841).
Parisdə Cakomo Meyerberlə (1791-1864) çoxdan arzulanan tanışlıq mümkün
olursa da bu tanışlıq Vaqnerin gözlədiyi yaradıcı bəhrəsini vermir. Bəstəkarların
yaradıcı idealları və musiqi sənətinin gələcək inkişafıyla bağlı baxışları qətiyyən