7
bir-birinə bənzəmir, üst-üstə düşmürdü. Hektor Berliozla (1803-1869) görüş isə bu
mənada daha məhsuldar idi. Onun “Fantastik dördlük” əsəri Vaqnerin heyrətinə
və vəcdinə səbəb olmuşdu, xüsusən də əsərdəki janrdaxili şəkillərə görə.
Bütövlükdə isə Paris Vaqnerin sevinc dolu ümidlərini doğrultmadı. Hətta
1840-
cı ilin aprelində Ferens Listlə (1811-1886) baş tutan tanışlıq belə məyusluq
gətirdi – List Vaqnerə əsl sənətlə yox, yalnız “vulqar kütlə” qarşısında uğur qazan-
maqla maraqlanan soyuq insan təsiri bağışlamışdı. Vaqner daha Listlə görüşmək
istəmirdi və özünün Listdə simpatiya və maraq oyatdığından xəbərsiz idi. List isə
gənc bəstəkarın ona münasibətini öyrəndikdən sonra həqiqətən sarsılmışdı.
Yaşamaqüçünmüxtəlif yollarlavəsait axtarmağaməcburolduğundanhəmdə
Vaqner üçün ağır dövr başlamışdı Parisdə. Heç nədən çəkinmədən dəbli operaları
təzədən yığmaq və aranjman etmək, romans yazmağa məcbur olur, eyni zamanda
Parisin müxtəlif qəzet və jurnalları ilə musiqi rəyçisi və tənqidçi kimi əməkdaşlıq
edirdi. “Belə eniş-yoxuşlu qış nəhayət ki, keçib keçdi”. Vaqner Almaniyadan ötrü
hədsiz darıxırdı. Elə bu vaxtlar da Vaqnerin gözü Vartburqda müğənnilər turniri
barədə qədim poemaya sataşır. “Məni cəlb edən bu “təmiz alman” elementi... Tan-
hauzer haqqında qədim mahnı əsasında qurulan sadə xalq dastanı məni dərhal
sarsıtdı... Bu təəssüratların təsiri ilə Almaniyaya qayıtmaq istəyi get-gedə artırdı”.
Nəhayət, belə bir fürsət yarandı. “Riensi”i Drezdendə səhnəyə qoyulmaq üçün
qəbul edilmişdi, “Uçan hollandiyalı” isə Meyerberin himayəsi sayəsində Berlində
səhnələşdiriləcəkdi.
12
aprel 1942-ci ildə Vaqner həyat yoldaşı ilə Drezdenə gəldi. Oktyabrın 20-
də “Riensi”nin premyerası baş tutdu. Uğur o qədər böyük idi ki, Vaqner “Uçan
hollandiyalı”nı da Drezdendə səhnəyə qoymaq qərarına gəldi. Çünki Berlindəki
işlər naməlum səbəblərdən uzanırdı. Bundan başqa o, Drezden kral opera teatrın-
da kapelmeyster vəzifəsinə təyin olunmuşdu.
2
yanvar 1843-cü ildə “Uçan hollandiyalı”nın Drezden teatrında ilk tamaşası
oldu. Bu, “mənim gələcək fəaliyyətimdəki dönüş nöqtəsi üçün giriş rolunu oyna-
dı. Hər şeydən əvvəl, tamaşa...göstərdi ki, operalarımı yaxşı dramatik güclə təmin
etmək gələcək işlərim üçün nə qədər vacibdir”.
Lakin Vaqnerin bütün gələcək yaradıcılığında dönüş yaradan təkcə bu de-
yildi. “Uçan hollandiyalı” o dövrün opera sənəti üçün prinsipial yeni hadisə idi.
Vaqnerin sözlərinə görə, hətta öz yaradıcılığı da daxil olmaqla, “heç bir sənətkarın
həyatında belə qısa vaxt ərzində mümkün olan, hətta yeganə olan transformasiya
nümunəsi yox idi” (Vaqner “Uçan hollandiyalı”nı “Riensi”ni yazdıqdan cəmi bir
neçə ay sonra bitirmişdi). Əgər əvvəlki operaların librettolarını hazır bədii əsərlər
əsasında yazmışdısa, bu opera ilə Vaqner ilk dəfə orijinal dramaturq kimi çıxış
etmişdi. Daha bir vacib məqam isə budur ki, Vaqner növbəti operalarındakı qədər
olmasa da, amma məhz “Uçan hollandiyalı”da iştirakçıların xarakterlərini açan