8
leytmotivlər sistemini tətbiq etdi və əsərlərində tamamilə mifoloji süjetlərə üs-
tünlük verməyə başladı. Operanın musiqisi həmin dövr üçün yeni və qeyri-adi
harmoniyalarla, xromatizm və modulyasiyalarla zəngindi. Bu isə tənqidçilərə
müxtəlif rəylər üçün qida vermişdi. Həmin vaxtdan bu yana Vaqnerin musiqisinə
laqeyd qalan dinləyici olmayıb – bəziləri dərhal onun qızğın pərəstişkarına çev-
rilib, bəziləri isə onun yeniliklərini “süngü ilə” qarşılayıblar. Qeyd edək ki, bunu
həm auditoriyaya, həm də tənqidçilərə aid etmək olar.
1843-
cü ilin yazına yaxın Vaqner “Tanhauzer”in librettosunu bitirir və
gələcək musiqili dramın (bundan sonra o, operalarını məhz belə adlandıracaqdı)
musiqisi üzərində işə başlayır. Hərçənd, dirijorluq vaxtının böyük hissəsini alırdı
və iş kifayət qədər sürətlə irəliləmirdi. Bundan başqa, Vaqner ciddi şəkildə alman
mifologiyasını öyrənməklə məşğul oldu və şəxsi kitabxanasını müvafiq nəşrlərlə
zənginləşdirməklə kifayətlənməyərək Drezden kral kitabxanasını da ziyarət
etməyə başladı. Bu sahədə əldə etdiyi biliklər nəticədə Vaqnerə öz əsərlərində
nəinki dramaturq kimi, həmçinin peşəkar filoloq kimi çıxış etməyə də kömək oldu.
1844-
cü ildə Vaqner Drezdendə yenidən Listlə görüşdü. “Həmin günlərdə
Drezden teatrının repertuarında “Riensi” olmadığından, o teatr rəhbərliyindən
operanın növbədənkənar tamaşasını israrla xahiş eləyirdi... O, vəcd dolu razılı-
ğını elə aydın və dəqiq ifadə elədi ki, bütün qəlbimlə təsirləndim”. Nəticədə, List
Vaqnerin həyatında elə böyük rol oynadı ki, onların münasibətlərinə xüsusi diqqət
ayırmağa dəyər.
* * *
Maraqlıdır ki, Listə yazdığı 24 mart 1841-ci il tarixli ilk məktublarının
birində Vaqner ona “möhtərəm cənab” deyə müraciət edərək “Sizin tərəfinizdən
adicə diqqət nişanəsini xahiş edir” və məktubu “dərin hörmətlə, Sizin müti qu-
lunuz” kimi imzalayır. 1840-cı ilin aprelindəki soyuq qəbulu xatırlayan Vaqner
uzunmüddətli ünsiyyətə ümid etmirdi. Onu qüdrətli maestronun “təvazökar is-
tedadı” barədə fikirləri maraqlandırırdı. List isə öz növbəsində gənc bəstəkardakı
dühanı sezir və hər üsulla özünəməxsus nəcibliklə Vaqnerin onunla bağlı ilk
təəssüratlarını dağıtmağa çalışırdı. Listin göstərdiyi diqqət və münasibəti ilə
həvəslənmiş Vaqner 1846-cı ildə ona “Riensi”nin və “Tanhauzer”in partiturasını
göndərərək onların quruluşunda iştirak etməsini xahiş etmişdi.
Lakin təəssüf ki, iki dahinin möhkəm dostluq bağı 1848-ci ildə Drezdendəki
görüşdən sonra yaranır. Həmin ilin avqust ayının sonunda Vaqner Listin yanına
Veymara gəlir ki, “Tanhauzer”in Veymar saray teatrı səhnəsində qoyulması barədə
danışıqlarda şəxsən iştirak etsin. Tamaşanın premyerası hersoginyanın doğum
gününə təsadüf etməli idi (“Tanhauzer” həmin vaxt Drezdendən başqa heç yerdə
nümayiş olunmurdu). List bu planın həyata keçirilməsi üçün elə fədakarcasına