9
səy göstərir ki, quruluş zamanı qarşıya çıxan çoxsaylı çətinliklər tezliklə həll edi-
lir və premyera möhtəşəm keçir. Vaqner istedadının belə açıq-aydın qəbul olun-
masına görə dərin minnətdarlıq hissi keçirir. Bundan sonra bəstəkarların yazış-
maları səmimi, sərbəst, dostyana xarakter alır, “möhtərəm cənab” ifadəsini “əziz
dost”, “sadiq qulunuz” imzasını isə “həmişəlik sənin Rixard Vaqnerin” kəlmələri
əvəzləyir.
Tezliklə List dostuna nəinki yaradıcılıq baxımından kömək edir, həm də onu
sözün əsl mənasında xilas eləyir. 1849-cu ildə Vaqner Drezden üsyanında iştira-
kına görə az qala ölüm hökmünə məhkum olunan siyasi cinayətkar elan edilir.
Mayın 13-də o, kömək üçün Listin yanına gəlir. Siyasətdən daim uzaq olan List
böyük çətinliklə də olsa Vaqner üçün doktor Videmanın adına vəsiqə tapıb onu
təqib edən polisin əlindən gizləməyi bacarır. Vaqner Listin köməyi ilə Sürixə köçür
və Listin göndərdiyi pullarla həyat yoldaşı ilə birlikdə ev tutrur. Həmin vaxtlar
Vaqner maddi baxımdan ağır dövr yaşayırdı. 20 aprel 1850-ci ildə demək olar ki,
ümidsizliyə qapılmış Vaqner Veymarda “Loenqrin”in səhnələşdirilməsində iştirak
etmək üçün Listə müraciət edir. List həmin an işə qoyulur. “Sənin “Loenqrin”in
şübhəsiz ki, müstəsna şərtlərlə səhnələşdirləcək və uğur qazanacaq” – List hazır-
lanan tamaşa barədə Vaqnerə belə yazırdı. Artıq avqustun 28-i Hötenin doğum
günündə “Loenqrin” Listin idarəçiliyi altında səslənir. Nəticədə, List bu operaya
həsr olunmuş kitabça da yazır.
O vaxt hələ də Sürixdə olan Vaqner “Ziqfridin ölümü” adlı yeni opera
üzərində düşünür. List Veymar hersoqundan Vaqner üçün 500 taler qoparda bilir
ki, bununla da dostunun yeni opera üzərində rahat işləməsi üçün imkan yaradır.
Vaqnerin növbəti illəri Ziqfridə həsr olunmuş silsilə dramın hazırlanması-
na sərf olunur. Məhz elə həmin dövrdə Vaqner özünün məşhur olan möhtəşəm
Nibelunqun üzüyü” tetralogiyasının planını düşünür və bu haqda ancaq Listlə
bölüşür. List həvəslə Vaqnerin yeni işini dəstəkləyir. Vaqner Listin dəstəyinə və
anlayışına təşəkkür edərək yazırdı: “Mənə yaxın olan hər kəsə sənin məktubunu
göstərmişəm və hamıya demişəm: bir görün, mənim necə dostum var!” Cəsarətlə
demək olar ki, “Ziqfrid”in yaradılması illərində Vaqner Listin qayğısından
məhrum olsaydı, bu əsəri yarada bilməyəcəkdi.
List nəinki yorulmadan Vaqnerin əsərlərini təbliğ edirdi, həm də sürgündə
dostunu böyük məbləğlərlə maddi cəhətdən təmin edirdi. 1853-cü ilin fevralın-
da List möhtəşəm bir layihə həyata keçirir – “Vaqner həftəsi” ərzində “Uçan hol-
landiyalı”, “Tanhauzer” və “Loenqrin” nümayiş olunur. Həmin il iyulun 2-də
List Sürixə gəlir. Bu görüş iki bəstəkarın dostluğunda ən sevindirici hadisə idi.
List knyaginya Karolina Vittgenşteynə yazırdı: “O, məni sidq-ürəklə sevir və da-
yanmadan təkrarlayır: “Görürsən, mən sənə necə borcluyam!”. Listin Sürixdəki
səkkizgünlük səyahəti yaradıcı bəhrəsini verir – Vaqner yeni güc və enerji ilə