10
Listlə təfərrüatlı şəkildə müzakirə etdiyi “Reyn qızılı” kompozisiyası üzərində
işə başlayır. Çoxsaylı çətinliklərə baxmayaraq Almaniyada Vaqner yaradıcılığı-
nın təbliğatını aparan və dostunu bacardığı kimi dəstəkləyən Listin alicənablığı
və fədakarlığı sayəsində Vaqner 1853-cü ilin sonunda düşdüyü mənəvi böhranı
ötüşdürə bilir. Ümumiyyətlə, 1854-cü il Vaqnerin dünyagörüşündə sınma nöqtəsi
kimi əlamətdardır. Əvvəla, bu Vaqnerin Artur Şopenhauerin fəlsəfəsi, həmçinin
Dantenin “İlahi komediya”sıyla tanışlığı ilə əlaqəli idi. Vaqnerin yeni fəlsəfəsinin
ən aydın icmalına Listə yazdığı məktublarda rast gəlmək olar. List də həmin vaxt
Dante simfoniyası” üzərində işləyirdi. Nəticədə, bu simfoniya Vaqner üçün Listin
ən çox sevdiyi əsəri oldu: “Dante poeziyasının ruhunun bütün işığıyla ən aydın
təcəssümü”. Şübhəsiz, Vaqner Listin yaratdığı harmoniya yeniliklərinin birbaşa
davamçısı idi.
1853-1856-
cı illər ərzində Vaqnerin Listlə yazışması eyni mövzu ətrafında
dolanır, demək olar ki, hər məktubda bu barədə söhbət açılır – Vaqnerin amnis-
tiyası. O gözəl başa düşürdü ki, yalnız Almaniyaya qayıdaraq operalarının yax-
şı səhnələşdirilməsini həyata keçirə bilər. Daha dəqiq desək, Vaqner həmişə bu
tamaşalara özü rəhbərlik etməyə can atırdı. List dostuna əlindən gəldiyi qədər
kömək etməyə çalışırdı, hətta Veymar hersoquna Saksoniya kralı yanında au-
diensiya barədə köməklik üçün müraciət etmişdi. Bu addımın uğuru çox nisbi
idi – Vaqnerin sadəcə Veymara sərbəst girişinə icazə verilmişdi. 1865-ci ildə List
şəxsən Veymar hersoquna məktubla müraciət etdi. Məktubda Vaqnerin operala-
rını səhnələşdirmək üçün Veymarda milli teatrın yaradılmasının labüdlüyündən
bəhs edilirdi. Rədd cavabı aldıqdan sonra Veymardakı fəaliyyət List üçün mara-
ğını itirdi.
Lakin məhz Listin Veymardan gedişindən sonra dostların münasibətlərində
soyuqluq nəzərə çarpır. Onların intellektual və fəlsəfi maraqlarındakı fərqlər
özünü göstərir. List Vaqnerin Sürixə gəlmək barədə israrlı təkliflərindən imtina
edirdi. Bundan başqa, List özü həmin dövrdə şəxsi həyatı və Veymarın musiqi
ictimaiyyətinin onun yaradıcılığını inadla anlamaması, düşmənçiliyi ilə bağlı ağır
böhran keçirirdi.
1861-
ci ildə List Romaya köçür. Burada o, abbat rütbəsini qəbul edir. Onun
həyatında və dünyagörüşündə kəskin dönüş baş verir. Demək olar ki, on il ərzində
Listlə Vaqner arasında yazışma kəsilir. Həm də Listin qızı Kozima fon Bülov
Tribşenə, 1866-1872-ci illər arasında İsveçrəyə, Lüsernin cənub ətrafında Vaqnerin
yaşadığı villaya, Vaqnerin yanına köçəndə List nəinki Vaqnerlə, həmçinin qızı ilə də
münasibətlərini tamamilə kəsir. Onların toyu barədə isə yalnız qəzetlərdən öyrənir.
Hətta 1872-ci ildə Vaqnerin Listə Bayreytə gəlmək barədə “Bizim ruhlarımız yan-
yanadır və hətta qəbir də bizi ayrıa bilməz, Sən dostluğu ilə mənə lütf göstərmiş ilk
şəxssən, Sən mənim üçün hər şey olmusan, mən isə Sənin üçün belə az dəyər kəsb