11
edirəm məyər, özünə gəl, Sən burada özünü tapacaqsan!” kimi sözlərlə ifadə olun-
muş səmimi və riqqətli dəvəti də List tərəfindən qəbul olunmadı.
Onda Vaqner həyat yoldaşı ilə birlikdə Listin yanına gəlmək üçün icazə istədi.
Görüşdükləri andan sonra dostluqları bir daha kəsilmədi. İki dost son dəfə Ve-
netsiyada, 1882-ci ilin dekabrından 1883-cü ilin yanvarınadək List Vaqnerə qonaq
olarkən görüşmüşdülər. Dostundan üç il çox yaşayan List 1886-cı ildə, Bayreytdə
təşkilində şəxsən iştirak etdiyi Vaqner festivalı zamanı dünyasını dəyişdi. Onun
Vaqnerə həsr etdiyi son sözləri bu böyük dostluğun tarixi üçün epiqraf ola bilər:
Hər ikimizin adı Höte ilə Şillerin adları kimi yeni musiqi hərəkatının kökündə
dayanmalı idi, ancaq əlverişsiz şərait arzularımı alt-üst etdi”.
* * *
Vaqnerin tərcümeyi-halına qayıdaq. 13 aprel 1845-ci ildə “Tanhauzer” par-
titurası tamamlanmışdı. Bu əsərlə Vaqner düşündüyü opera islahatına “Uçan
hollandiyalı” ilə müqayisədə bir addım daha yaxınlaşdı (islahatın aspektlərinı
təfərrüatlı şəkildə gözdən keçirəcəyik). Həmin il Marienbadda olan Vaqner Loenq-
rin əfsanəsinin süjet xətti əsasında yeni operasının ilk ştrixlərini müəyyənləşdirdi.
Tanhauzer” üçün əsas olan XIII əsrə aid poemada Loenqrin hekayəsinə toxu-
nulurdu ki, bu da indi Vaqnerin yaradıcı təxəyyülünə hakim kəsilmişdi. Opera
üzərində iş təxirəsalınmaz dirijor öhdəlikləri ilə əlaqədar tez-tez yarıda qalırdı. Sa-
ray kapelmeysteri vəzifəsində olan Vaqner ilk növbədə orkestrin yenidən yaradıl-
masına aid bir sıra islahatlar həyata keçirməyə çalışırdı. Bundan başqa, o, orkestr
üzvlərinin həyat şəraitlərini də bacardığı qədər yaxşılaşdırmağa səy göstərirdi.
Lakin onun xoşməramlı cəhdləri teatr rəhbərliyi tərəfindən anlayışla qarşılanma-
dı. Vaqner rəhbərliklə açıq münaqişəyə girdi və 1848-ci ilin yayında vəzifəsindən
azad olundu.
Amma bundan bir qədər əvvəl, martın sonunda “Loenqrin”in tamamlanmış
partiturası Drezden teatrının rəhbərliyinə təqdim olunmuşdu və səhnələşdirilmək
üçün qəbul edilmişdi. Lakin 1949-cu il may ayının inqilabi hadisələri - Vaqnerin
də iştirak etdiyi Drezden üsyanı “Loenqrin”in Drezdendə səhnəyə qoyulmasına
mane oldu. Premyera 28 avqust 1850-ci ildə Vaqnerə gizlənməyə kömək edən Lis-
tin rəhbərliyi ilə Veymarda baş tutmuşdu (Listlə Vaqnerin münasibətlərinin tarixi
haqda daha əvvəl danışmışdıq).
Ümumiyyətlə, Vaqnerin inqilabi hərəkata münasibəti kifayət qədər mürək-
kəbdir. Uzun müddət onun Drezden üsyanında iştirakını əsas gətirərək Vaqneri
az qala qatı inqilabçı kimi qəbul edirdilər. Əslində, siyasi baxışlarına görə o, nə so-
sialist, nə respublikaçı, nə də demokrat idi, kommunizmə isə “bütün doktrinaların
ən gülməlisi, ən yöndəmsizi və təhlükəlisi” kimi baxırdı. Onun idealı azad, güclü
xalqa rəhbərlik edən qüdrətli, alicənab kral idi. Düzdür, elə bu səbəbdən də Vaq-