12
nerin sakson demokratlarının sol radikal-sosialist partiyasının üsyanında iştirakı
qəribə görünə bilərdi. Ancaq Vaqner bu faktı belə izah edir: “Qeyri-ixtiyari əziyyət
çəkənlərin tərəfini tutmuşdum... və heç vaxt heç bir yaradıcı fikir məni bu simpati-
yadan dönməyə məcbur edə bilməzdi”. O, üsyanda “inqilabi ruhun təcəssümünü”
görürdü və onu qədim alman əfsanələrinin ruhunda ideallaşdırırdı. Lakin ona ən
çox əzab verən yüksək incəsənəti əmtəəyə çevirməyə məcbur olan sənətkarın asılı
vəziyyəti idi. Vaqner inqilaba ən açıq münasibətini “İncəsənət və inqilab” kita-
bında göstərib: “...Məni siyasi və sosial çevriliş anının özü yox, incəsənətlə bağlı
layihələrimin həyata keçirilə biləcəyi həyat quruluşu maraqlandırırdı”. Beləliklə,
inqilabçı”nın nəticədə taclı şəxslərin himayəsini qəbul etməsində təəccüblənməli
bir şey qalmır – axı, məhz bu himayə sayəsində onun “incəsənətlə bağlı layihələri”
asanlıqla reallaşdırılırdı.
Drezdendən qaçandan sonra Vaqnerin İsveçrə sürgünü adlanan döv-
rü (1849-1858) başlayır. Bu illərdə o, “İncəsənət və inqilab” (1849), “Gələcəyin
incəsənəti” (1850), “Opera və dram” və “Dostlarıma müraciət” (1851) kimi əsas
bədii-nəzəri işlərini yaradır. Vaqner demək olar ki, tamamilə siyasətdən uzaqlaşır.
Listə məktublarının birində o yazırdı: “Drezdendəki təcrübələrdən sonra yenidən
siyasi məsələlərlə məşğul olmağım tamamilə yolverilməzdir!” Daha bir etiraf:
“...
Bütün işlərimdə, bütün fikirlərimdə mən yalnız və həmişə sənətkar olaraq qalı-
ram”. İsveçrə sürgünü illərində Vaqner opera islahatının vacibliyindən tamamilə
əmin olur və onun aspektlərini nəzəriyyə halına salır. Bu, onun “Opera və dram”
əsərində xüsusilə nəzərə çarpır.
* * *
Yaxşı, bəs, Vaqnerin opera estetikasını kökündən dəyişən və dünyada ope-
ra janrının yeni erasına başçılıq edən “bədnam” opera islahatı nədən ibarətdir?
Vaqnerəqədər operadamusiqi iləpoeziyanınnisbətiməsələsi birmənalı şəkildəmu-
siqinin xeyrinə həll olunmuşdu, Motsarta görə “poeziyanın musiqinin sözəbaxan
qızı olması operada qeyd-şərtsiz vacib idi”. Beləliklə, librettonun poetik mətni
sadəcə opera musiqisinin daha yaxşı ifadə olunması üçün köməkçi vasitə idi. Vaq-
ner isə deyirdi ki, musiqili dramda (o, öz operalarını məhz belə adlandırırdı və bu
terminin möhkəmlənməsi onun adıyla bağlıdır) musiqi ilə sözlər bərabər olmaqla
kifayətlənməməli, həm də bir VAHİD təşkil eləməli, özündə bu və ya digər fəlsəfi
fikri daşıyan bütöv obrazın yaradılmasında bir-birinə yardım etməlidirlər. Məqsəd
DRAM, musiqi isə vasitə olmalıdır. Xüsusilə, qəhrəmanın daxili dünyasını, onun
mənəvi əzablarını, Vaqnerin öz sözləri ilə desək, “daxildəki insanı” çatdırmaq la-
zımdır. Yalnız musiqini ÜMUMBƏŞƏRİ problemləri həll edən fəlsəfə, psixologiya,
simvolizm və yüksək poeziya ilə birləşdirərək əsl böyük sənətə nail olmaq müm-
kündür. Hələ ilk ədəbi əsərlərindən biri olan “Bethoveni ziyarət”də Vaqner opera