555
Rixard Vaqner
Mənim həyatım
anlayan bu adamı “donuz” və “köpək” adlandırmış, bununla da, onu bir müddət
susdurmuşdu. Kittsin dəhşətdən nitqi tutulmuşdu, Şandonun “Fleur du Jardin”
şampanı isə zirzəmidə əl dəyməmiş qaldı.
Rəhbərliyin üçüncü tamaşaya hazırlandığını öyrənəndə yalnız iki çıxış yo-
lum var idi: ya partituranı geri almağa cəhd etmək, ya da tamaşanın bazar günü,
abunə xaricində təyin olunmasına nail olmaq. Belə ehtimal edirdim ki, teatrın adi
ziyarətçiləri ilə keçən tamaşa təxribatçı xarakter daşımayacaq. Həmin günlərdə
yerlər təsadüfi, ödənişli tamaşaçıların ixtiyarına verilirdi. Görünür, təklifim həm
rəhbərliyin, həm də sarayın xoşuna gəlmişdi. Ona görə dediyimlə razılaşdılar.
Lakin bu tamaşanın sonuncu olduğunu elan etmək istəyimə rədd cavabı almış-
dım. Nə mən, nə Minna teatra getdik. Həm həyat yoldaşımın, həm də səhnədəki
ifaçıların ünvanına səslənən təhqirləri eşitmək iyrənc idi. Tərəddüdsüz sədaqət
nümayiş etdirən Morelliyə və freyleyn Saksa səmimi qəlbdən mərhəmət duyur-
dum. İlk tamaşadan sonra freyleyn Saksla dəhlizdə qarşılaşmışdım və onu fitə
basmalarını zarafata salmışdım. Qalmaqalçılar coşğun şəkildə ona qarşı çıxanda
isə Morelli özüylə qəribə mübarizəyə dözməli olmuşdu. Onun üçüncü pərdədə
Yelizaveta yox olandan Dan ulduzuna xitabadək olan ifası mənim göstərişlərimə
əsasən böyük dəqiqliklə yerinə yetirilmişdi. O, heç bir vəchlə qayanın üzərindəki
skamyadan düşməməli, burada oturub bədəninin yarısını auditoriyaya çevirmiş
şəkildə uzaqlaşan Yelizavetaya salam göndərməli idi. Bu tələbi yerinə yetirmək
elə də asan deyildi. O iddia edirdi ki, bu, opera ənənələrinə ziddir və belə vacib
nömrə ön səhnədən tamaşaçılarla üzbəüz dayanaraq yerinə yetirilməlidir. Morelli
arfanı götürüb nəğməsinə başlamaq istəyəndə tamaşaçıların arasında belə sədalar
ucaldı: ”Paho! İndi də arfasını götürür“. Bu atmaca bütün zalın qəhqəhəsinə səbəb
oldu. Bundan sonra yeni, davamlı fitəbasmalar başladı. Morelli arfanı bir kənara
qoyub ənənə üzrə ön səhnədə çıxış etməyə məcbur oldu. Heç bir müşayiət olma-
dan – Ditş yalnız onuncu pərdədə tapıldı – o, axşam fantaziyasını ifa etdi. Hamı
sakitləşdi, auditoriya tədricən sanki nəfəs almadan qulaq asmağa başladı və sonda
ifaçını alqışlarla mükafatlandırdı.
136
İfaçıların cəsarətlə yeni burulğanlara hazır olduqlarını nəzərə alıb vəziyyətə
qarşısında boyun əyməli oldum. Lakin belə nalayiq səhnələr qarşısında əzab çəkən
passiv izləyici rolunda qala bilməzdim. Buna görə üçüncü tamaşanın çox şübhəli
sonluğu nəticəsində həmin axşam evdə qalmalı oldum. Hər pərdədən sonra bizə
teatrdan qasidlər gəlir və orada baş verənləri danışırdılar. İlk pərdədən sonra Trü-
ine razılaşdı ki, partituranı istənilən halda geri götürmək lazımdır. Məlum oldu ki,
jokey”lər ənənənin əksinə teatra gəlməmişdilər. Hətta heç bir səhnəni qalmaqalsız