Rixard Vaqner
Mənim həyatım
554
masını təmin etməmiş heç vaxt operasının səhnələşdirilməsinə yol vermirdi. Lüsi
kimi yaxşı dostlarımın qeydinə qalmadığım üçün ötən axşamın uğursuzluğunu
öz boynuma götürməli idim. Bütün günü bu münasibətlə məktublar yazmalı və
mümkün barışıq cəhdlərinə əl atmalı oldum. Dörd bir tərəfdən növbəti tamaşalar-
da bu diqqətsizliyi necə düzəltməyim barədə məsləhətlər gəlirdi. Rəhbərlik mənə
az sayda havayı yer verdiyi üçün bilet əldə etməyə vəsait tapmaq lazım idi. Bu
məsələ ilə bağlı Emil Erlangerə və ya başqa birinə müraciət etməkdən çəkinirdim.
Lakin dostlarım müqəddəs coşqu ilə işə qoşuldular. Ciakomelli öyrəndi ki, kom-
mersant Aufmordt – Vezendonkun tanışı – bu məqsəd üçün beş yüz frank təklif
etməyə hazırdır. Mənim rifahıma görə narahat olan dostlarıma bildikləri kimi
hərəkət etmək azadlığı verdim və həvəslə vaxtında əldən buraxdığım, lakin indi
tətbiq olunan bu üsulun necə nəticə verəcəyini gözləməyə başladım.
İkinci tamaşa martın 18-də baş tutdu. İlk pərdə möhtəşəm keçdi. Uvertü-
ra bitəndə gurultulu alqışlar qopdu. Qızılı zərlə bəzənmiş pariki sayəsində Vene-
ranın partiyasına rəğbət oyadan xanım Tedesko təntənə ilə məni səsləyirdi. Mən
həmin vaxt finalın “septet”in canlı alqışlara səbəb olduğunu gördükdən, hər şeyin
qaydasında getdiyindən və qələbə çaldığımızdan əmin olduqdan sonra müdirin
lojasına keçmişdim. İkinci pərdədə qəfil kəskin fit səsləri ucalanda müdir Roye
ümidsizlik ifadəsi ilə üzünü mənə çevirdi. İmperatorun tapşırığına əsasən teatrda
əsas qüvvəni təşkil edən jokey-klubun üzvləri ilə operamda iştirak barədə danışıq-
lar aparılırdı. Onlardan operanın ilk üç tamaşasına tamamilə müdaxilə etməmələri
tələb olunurdu. Söz verilmişdi ki, bundan sonra operanı elə ixtisar edəcəklər ki,
yalnız baletdən əvvəl
lever de rideau
şəklində səhnələşdirilsin. Lakin bu cənablar
təkliflə razılaşmayaraq imtinalarını belə motivasiya edirdilər. İlk, coşğun tamaşa
ərzindəmən heç də nəzərdə tutulan dəyişikliklərə razılıq verəcək adam təsiri bağış-
lamırdım. Ehtimal var idi ki, opera iki tamaşaya tab gətirdikdən sonra pərəstişkar
qazana bilər. Yəqin, onu baletomanlara otuz dəfə ard-arda təqdim edəcəkdilər.
Onlar da buna qarşı əvvəlcədən qəti tədbirlər görmək niyyətində idilər. Möhtəşəm
Roye bu cənabların niyyətinin ciddiliyindən əmin oldu və həmin andan saray
nümayəndələrinin azğınlığına mətanətlə dözən kralın və onun həyat yoldaşının
dəstəyinə rəğmən hər hansı müqavimətdən imtina etdi.
135
Bu səhnələr dostlarıma sarsıdıcı təsir bağışladı. Tamaşadan sonra Bülov
hönkürtü ilə Minnanın boynunu qucaqlamışdı. Qonşuları həyat yoldaşım oldu-
ğunu öyrəndikdən sonra zavallı Minnanı təhqir edirdilər. Sadiq xidmətçimiz şvab
Tereza coşmuş qalmaqalçıların birinin rişxəndinə məruz qalsa da, alman dilində