553
Rixard Vaqner
Mənim həyatım
etmək istəyirdim. Təsadüfən, bu iclasda hələ də Parisdə “Tanhauzer”in tamaşasını
gözləyən Otto Vezendonk da iştirak etdi. O, işin ümidsizliyindən əmin olub Sürixə
qayıtdı. Preger də eyni şeyi etdi. Yalnız Parisdə yaşamaq üçün müəyyən vəsait
əldə edən Kitts bütün maneələrə rəğmən, səbirlə gözləmək qərarına gəlmişdi.
Bu iclasın nəticəsi imperator Napoleona yeni müraciət oldu. Bu müraciətə cavab
olaraq lazımlı məşqlərin təyin olunmasına izn verdilər. Həddindən artıq yorğun
düşdüm və gözlənilən nəticələrə pessimist yanaşıb, işi təbii axarına buraxmaq
qərarına gəldim.
Bu cür əhvalda ilk tamaşa gününü təyin etməyə icazə verməklə çox qəribə
və çətin vəziyyətə düşdüm. Dostlarımdan və pərəstişkarlarımdan hər biri prem-
yerada yaxşı yerlər tələb edirdi. Bu arada rəhbərlikdən bildirmişdilər ki, biletlərin
bölüşdürülməsi bütünlüklə sarayın və ona yaxın olan şəxslərin əlindədir. Tezliklə
bu yerlərin adətən kimlərə verildiyinin şahidi oldum. Hələlik isə, dostlarımın
çoxunu məmnun edə bilmədiyim üçün bir çox xoşagəlməzliklərə dözməli idim.
Onların arasında guya göstərdiyim etinasızlığa görə məndən xüsusilə inciyənlər
olmuşdu: Şanfleri məktubunda ona dostluq münasibətimdəki dəyişkənlikdən
şikayətlənirdi, hətta Qasperini onun hamisi və mənim kreditorum, yığım üzrə baş
müfəttiş marselli Lüsiyə ən yaxşı lojalardan birini saxlamadığım üçün mənimlə
dalaşmışdı. Hətta iştirak etdiyi məşqlərdə əsərimə coşğun entuziazmla yana-
şan Blandina da əri Ollivye ilə ona iki alababat yerə bilet təqdim etdiyim üçün
mənim dostlarıma qarşı saymazyana davrandığımdan şübhələndi. Özünü təhqir
olunmuş hesab edən bu xanımı izahatlarıma və ümumi satqınlığın məni saldığı
görünməmiş vəziyyətin təsvirinə ədalətli yanaşmağa vadar etmək üçün Emilin so-
yuqqanlılığına ehtiyac oldu. Yalnız fağır Bülov hər şeyi anlayırdı. Omənimlə birgə
əzab çəkir və bu xoşagəlməzlikləri aradan qaldırmaq üçün əlindən gələn köməyi
edirdi. Martın 13-də “Tanhauzer”in ilk tamaşasının qarşılaşdığı reaksiya hər şeyi
izah etdi və dostlarım anladılar ki, onları triumflarımdan birində iştiraka dəvət
etmək üçün heç bir əsasım yox idi.
134
Bu axşamın necə keçdiyi barədə digər yerlərdə kifayət qədər söz açmışam.
Operamın bağışladığı yaxşı təsirin sonda üstünlük qazandığını düşünə bilərdim.
Çünki rəqiblərim tamaşanı yarıda kəsmək kimi əsas niyyətlərini həyata keçirə
bilmədilər. Lakin növbəti gün başda Qasperini olmaqla dostlarımdan biletlərin
paylanmasını özüm təşkil etmədiyim üçün qınaqlar eşidəndə məyus oldum. Me-
yerber belə hallarda əksinə hərəkət edirdi. O, Parisdəki ilk addımlarından başla-
yaraq zalın ən uzaq küncünədək yerləri özünə uğur gətirəcək şəkildə paylaşdır-