Rixard Vaqner
Mənim həyatım
552
müəyyən edirdim: heç bir şübhə olmamalı idi ki, sonra mənim iştirakım olmadan
da bütün göstərişlər dəqiqliklə yerinə yetiriləcək. Bu arada məlum oldu ki, Ditş
nəzarətsiz qalan kimi hər şey laxlayırdı: nə bir temp, nə bir nüans inamlı və şüurlu
şəkildə həyata keçirdi. Yalnız indi bunun necə təhlükəli olduğunu anlamışdım.
Əgər ifaçılardan heç biri işini yüksək səviyyədə yerinə yetirmirdisə və onlardan
rolunun düzgün ifası ilə lazımlı təəssürat yaradacaqlarını gözləmirdimsə, əgər Pa-
ris tamaşasının əsas siniri – balet – və nəhayət, möhtəşəm tərtibat bu dəfə tam və
ya yalnız ən sadə hədlərdə ümumi effektə təsir göstərə bilərdisə, əgər hətta ən
pis ifada belə Almaniyadakı dinləyiciləri əsərimdə doğmalıq duymağa vadar edən
ümumi ruh burada tamamilə yad, yaxud ən yaxşı halda yalnız qəribə gələcəkdisə,
onda ümid bircə şeyə qalırdı – orkestr musiqisinin parlaq xarakterinin səlis ifası
auditoriyaya müəyyən təsir göstərə bilərdi. Lakin hər şey, bütün rəsm, onun bütün
cizgiləri rəngsiz xaosda itirdi. Üstəlik, ifaçılar da inamlarını itirməyə başlamışdı-
lar. Hətta kordebaletin zavallı artistləri bayağı rəqs hərəkətlərini yerinə yetirərkən
takta düşə bilmirdilər. Buna görə opera üçün başqa bir dirijor lazım olduğunu
bildirdim və uzaqbaşı özümün dirijoru əvəz edə biləcəyimi dedim. Bu iddia mənə
qarşı qalxan narazılığı kulminasiya nöqtəsinə çatdırdı. Hətta iş rəsmən şefə gəlib
çatanda dirijorun bacarıqsızlığından əmin olan və onu ələ salan orkestr də bu ada-
mın tərəfini tutdu. Mətbuat çaşqın tonla mənim “arroqantlığımdan” yazırdı. III
Napoleon isə tələbimi geri götürməyi məsləhət görməkdən başqa çıxış yolu tap-
madı. Çünki bu tələblə bütün işimi, əsərimin uğurunu təhlükə altına atıram. Mənə
məşqləri yeniləmək və razı qalanadək davam etmək imkanı vermişdilər.
133
Lakin bu çıxış yolu həm şəxsən mənim, həm də fəaliyyət göstərən heyətin
yorulmasından başqa bir nəticə vermədi. Digər tərəfdən, məsələ templərə gələndə
yenə də Ditş əvvəlki kimi iradəsiz davranırdı. Mən artırılmış tələblərin ifaya yeni
bir şey qatacağına inanmış kimi görünməyə başlayanda isə orkestrin musiqçiləri
sonsuz repetisiyalara coşğun etirazlarını bildirdilər. Bu zaman anladım ki, mənim
nisbi “qüdrətimi” vurğulayan rəhbərlik elə də səmimi deyilmiş. Hər tərəfdən yor-
ğunluq əlamətlərinin gücləndiyini görüb “partitura”nı geri istəmək, yəni operanın
səhnələşdirilməsindən tamamilə imtina etməyi qərara aldım. Bu baxımdan, nazir
Valevskiyə xüsusi ərizə ünvanladım. Lakin cavabında eşitdim ki, istəyim heç cür
yerinə yetirilə bilməz. Ən azından ona görə ki, operaya hazırlıq çox böyük xərc
tələb etmişdi. Bu qərarla razılaşmaq istəmirdim və xüsusən, işlərimlə maraqlanan
dostlarımı, həmçinin Qattsfeld və Emil Erlangeri iclasa çağırdım. Əsərimin Bö-
yük operanın səhnəsində nümayiş edilməsinə mane olmağın yollarını müzakirə