551
Rixard Vaqner
Mənim həyatım
ji ilə işə başlayan əsas ifaçı Nimanı yorğunluq dayandırmamışdı. O, öyrənmişdi
ki, əsərimin uğursuzluğu əvvəlcədən müəyyən olunub. Həmin vaxtdan Niman
mənim yanımda demonik çalar verməyə çalışdığı ümidsizliyə qapıldı. Məni inan-
dırmağa çalışırdı ki, hər şeyi yalnız qaranlıq tərəfindən görə bilir. Bu zaman o,
bütün opera institutunu, tamaşaçıları, içərisində həvalə edilən rola yarayan – sö-
zün mənim nəzərdə tutduğummənasında – bir nəfərin belə olmadığı ifa heyətinin
keyfiyyətini tənqid edərkən ağıllı fikirlər söyləyirdi. Omənim
chef du chant
,
rejissor,
baletmeyster, xor direktoru, xüsusilə, orkestr şefi ilə işləyərək özümdən gizlədə
bilmədiyim bir çox şeyi dilə gətirirdi. Üstəlik, əvvəllər öz rolunun labüd bütövlü-
yünü müdafiə edən Niman ixtisarlar tələb etməyə başlamışdı. Təəccübləndiyimi
görəndə isə demişdi ki, məsələ bu və ya digər səhnədə deyil, bütün iş elə haldadır
ki, onu mümkün qədər qətiyyətlə ləğv etmək lazımdır.
Bir o qədər də ümid vəd etməyən şərtlər altında birtəhər ümumi məşqlər
mərhələsinə çata bildik. Parisə dörd bir tərəfdən əvvəlki illərin dostları axışıb
gəlirdi ki, gözlənilən ilk tamaşanın “triumf”unu paylaşa bilsinlər. Onların arasın-
da Otto Vezendonk, Ferdinand Preger, Parisə gəlmək üçün səfərinin xərclərini öz
boynuma götürməli olduğumbədbəxt Kitts var idi. Xoşbəxtlikdən, Epernedən olan
cənab Şandon da gəlmişdi. O, bir səbət “
Fleur du jardin
gətirmişdi. Bu möhtəşəm
şampan növünü “Tanhauzer”in uğurunun şərəfinə içməli idik. Kədərli, şəxsi
həyatındakı vəziyyətdən sıxılmış Bülov da gəlmişdi. O, mənim işimin uğurundan
ruhlanıb təzələnmək istəyirdi. Vəziyyətin əslində nə yerdə olduğunu quru sözlərlə
ona izah etməyə ürək eləmirdim. Lakin iştirak etdiyi ilkməşqdən işin gedişatı onun
gözündən qaçmadı. Daha ondan heç nə gizlətmədim və qəmgin əhval-ruhiyyə
ilə vədəsi getdikcə uzadılan ilk tamaşanı gözləməyə başladıq. Yalnız onun mənə
faydalı olmaq cəhdləri bir qədər canlılıq gətirirdi. Məxsusi təşəbbüsümüzə hansı
tərəfdən yanaşsaq, yararsız və qabiliyyətsiz insanlarla qarşılaşırdıq: beləcə, böyük
Parisdə on iki valtorn axtarıb tapmaq qeyri-mümkün oldu. Halbuki, Drezdendə
ilk pərdənin ov çağırışlarında onlar necə gümrah səslənirdilər. Bu münasibətlə
dəhşətli adam, məşhur musiqi ustası Saksla işləməli oldum. O, saksofon, boru və
s. kimi müxtəlif surroqatlarla köməyə gəlməli idi. Bundan başqa, Saksa rəsmən
onları səhnədə idarə etmək səlahiyyəti verilmişdi. Lakin düzgün ifaya nail olmaq
mümkün olmadı.
132
Ən böyük məyusluğu isə dirijor Ditşin bacarıqsızlığı bəxş etdi. Qabiliy-
yətsizliyinin bu dərəcədə yüksək olacağını ehtimal etmirdik. Keçmiş çoxsaylı or-
kestr məşqlərində bu insandan maşın kimi istifadə etməyə öyrəşmişdim. Pultun
yanındakı ənənəvi yerimdən həm onu, həm də orkestri idarə edirdim. Templəri