Rixard Vaqner
Mənim həyatım
550
nahar edir və yalnız doqquzun yarısına, yəni, təxminən tamaşanın ortalarına ya-
xın teatra təşrif buyurur. Etiraz edib deyirdim ki, bu cənabların rəğbətinə cavab-
deh olmasam da, auditoriyanın qalan hissəsinə lazımlı təəssüratı bəxş edəcəyimə
ümid bəsləyirəm. O isə sarsılmaz təntənə ilə yalnız bu elementlərin iştirakı ilə yax-
şı uğuru təmin edə biləcəyimizi sübut edirdi. Belə ki, onlar hətta mətbuatın pis
münasibətinə qarşı dura biləcək gücə malikdir. Bütün əsəri geri götürməyə hazır
olduğumu bildirib bu dəlili qulaqardına vurdum, bu zaman böyük ciddiyyətlə
deyildi ki, hər kəsin itaət etməli olduğu imperator əmrinə görə mən bu işin tam
hakimi hesab olunuram və mənim bütün arzularım diqqətə alınacaq. O, yalnız
mənə dost məsləhəti verməyi özünə borc bilirdi.
Bu söhbətin nəticələri tez bir zamanda özünü göstərdi. Böyük həvəslə ilk
pərdədəki balet səhnəsinin yerinə yetirilməsinə başladım. Bunun üçün baletmeys-
ter Petipin əməkdaşlığını təmin etmək istəyirdim. Adi balet tamaşaları nöqteyi-
nəzərindən eşidilməmiş şeylər tələb edirdim. Hər şeyi menadların və vakxların
(
pərilərin) rəqsləri ilə məhdudlaşdırmaq arzumla onu dərindən təəccübləndirə
bilərdim. O, mənim məramımı anlayır və balet məktəbinin təcrübəsiz şagirdləri
ilə buna nail olmağın mümkünlüyünə inanmırdı. Petip baleti operanın ilk
pərdəsinə daxil etməklə əsl rəqqasələrdən özümqn imtina etdiyimi xatırlatdı. Üç
pəri rolu üçün mənə hələ də
la Porte st. Martin
feyeriyalarında çıxış edən macar
rəqqasələrini təklif edə bilərdi. Məşhur balerinalarla işləmək istəmirdim və inadla
canlı kordebaletə nail olmağa çalışırdım. Kişi heyətini əhəmiyyətli dərəcədə önə
çıxarmağa can atırdım. Lakin gördüm ki, onu genişləndirmək üçün ayda 50 franka
rəqqasələrin solo çıxışları zamanı kulislərdə toplanan bir neçə dərzidən başqa heç
kimi tapa bilməyəcəm. Nəhayət, çatışmayan effektlərin yerini münasib kostyum-
larla doldurmaq istədim və böyük məbləğ ayrılmasını tələb etdim. Burada da son-
suz gecikmələr məni bezdirmişdi. Sadiq dostum Trüinenin vasitəsilə öyrəndim ki,
rəhbərlik tam ümidsiz hesab etdiyi baletə bir qəpik də xərcləməmək qərarına gəlib.
Bu, hətta opera rəhbərliyi arasında da “Tanhauzer”in səhnələşdirilməsinə itirilmiş
zəhmət, bəhrəsiz sərf olunan güc kimi baxdıqlarının çoxsaylı əlamətlərindən bi-
rincisi idi.
131
Yaranan əhval dayanmadan təxirə salınan tamaşa üçün görülən bütün işlərin
üzərinə ağır sıxıntı kimi çökürdü. Yeni ilin gəlməsi ilə məşqlər səhnə aranjmanı
və orkestr sınaqları səviyyəsinə keçdi: burada hər şey diqqətlə həyata keçirilir və
çox xoş təsir bağışlayırdı. Lakin sonunda bu da mənim üçün dözülməz olmağa
başladı: bu daimi məşqlər yalnız gücləri zəiflədirdi. İşi öz əlimə alsam, onu ürəklə
qısa müddətdə sona çatdırardım. Lakin əvvəlcə, ən yaxşı ümidlər vəd edən ener-