549
Rixard Vaqner
Mənim həyatım
hələ Sürixdəykən Herveqin evində mənə keçmiş siyasi mühacir kimi təqdim
olunan Şallmel Lakura aid idi. O, istedadlı tərcüməçi kimi mənə əhəmiyyətli
xidmətlər göstərmişdi və onun işi hər kəsin tərifini qazanırdı. Ön sözün ilkin
mətnini “Gələcəyin musiqisi” adı altında nəşr etmək üçün Leypsiqə kitab taci-
ri Veberə göndərmişdim. İndi isə bu kitabçanı əldə etmişdim. O, məni Parisdəki
zahirən parlaq təşəbbüsümün yeganə nəticəsi kimi sevindirmişdi. Eyni zamanda,
Tanhauzer”in yeni kompozisiyasını tamamlaya bilərdim. Venera mağarasındakı
böyük balet səhnəsi yarımçıq qalmışdı. Bir dəfə bütün gecəni oturub onu səhər
saat üçdə, Minna və rəfiqəsi
Hotel de ville
dəki böyük ziyafətdən qayıdarkən bitir-
mişdim. Bundan başqa, Milad ərəfəsində Minnaya bahalı hədiyyələr vermişdim.
Özüm isə həkimin məsləhəti ilə hər səhər bir bifşteks yeyib yatmamışdan əvvəl bir
stəkan Bavariya pivəsi içərək çox ləng bərpa olunan qüvvəmi möhkəmləndirməyə
çalışırdım. Bu dəfə Yeni ili qarşılamadıq. Mən sakitcə yatıb qalmışdım.
130
Tanhauzer”in mənim xəstəliyimlə dayanan məşqləri Yeni ilin (1861) gəl-
məsi ilə daha canlı tempə düşdü. Canlanma özünü nəzərdə tutulan tamaşanın
təfərrüatlarının enerjili şəkildə öyrənilməsi ilə biruzə verirdi. Lakin eyni zamanda,
iştirakçıların əhvalının mahiyyətcə dəyişdiyini sezmişdim. Məşqlərin hədsiz çox-
luğu belə bir fikir yaradırdı ki, elə bil, rəhbərlik məşqləri uğur qazanmağa ümid
etməkdən daha çox, alınan təlimatları dəqiq yerinə yetirmək üçün təyin edirdi.
İstənilən halda cari vəziyyət getdikcə daha da aydınlaşırdı. Meyerberin əlində
olan mətbuatdan nə gözləyəcəyimi isə yaxşı bilirdim. Hətta dəfələrlə mətbuat
rəhbərlərini yumşaltmaq cəhdləri edən rəhbərlik də belə nəticəyə gəldi ki, bu
baxımdan “Tanhauzer” düşmən münasibətlə qarşılaşacaq. Yüksək dairələrdə də
belə fikir formalaşmışdı və indi orada yalnız bir şey üçün çalışırdılar: adətən bu
cür işlərdə həlledici səsə malik auditoriyanı mənim xeyrimə yönəltmək. Bir dəfə
knyaz Metternix məni yeni nazir, qraf Valevskiyə təqdim etmək istədi. Bu, bir
qədər təntənəli şəkildə həyata keçdi və qrafın mənə ünvanladığı inandırıcı nitqlə
özünü büruzə verdi. O, məni inandırmağa çalışırdı ki, uğurumu həddindən artıq
arzulayırlar və buna nail olmaq üçün əllərindən gələni edəcəklər. Hər şey məndən,
operanın ikinci pərdəsinə balet əlavə etməyimdən asılıdır. Bu, boş söhbət deyil.
Peterburqun və Londonun ən məşhur rəqqasələrini seçmək ixtiyarım olacaq və
uğurumu onların istedadına etibar etməyə qərar verən kimi müqavilələr bağlana-
caq. Düşünürəm ki, bu təkliflərdən imtina edərkən inandırıcılıq gücüm onlardan
geri qalmırdı. Cənab nazir mənə izah etdi ki, ilk pərdədə balet nümayişinin heç
bir əhəmiyyəti yoxdur. Belə ki, buna maraq göstərən habitues adətən səkkizdə