Rixard Vaqner
Mənim həyatım
548
məhkəmə istintaqından onun öz işini böyük yumorla yerinə yetirdiyinə şahid ol-
dum. Zərərlərimin ödənilməsindən imtina edilmişdi
(
ev sahibinin şikayətinin necə
nəticə verdiyini bilmirəm),
lakin mənzil müqaviləsindən azad olunmuşdum. Bu,
mənə yeni mənzil tutmaq hüququ verirdi. Beləliklə, Böyük operanın yaxınlığın-
da
rue d`Aumale
də mənzil kirayələdim. Yeni evim yoxsul və narahat idi. Payı-
zın sonlarında, sərt hava şəraitində çətinliklə köçdük. Luizanın qızı Ottiliya mənə
mühüm yardım etdi. Bu zaman özümə baxmadığım üçün güclü soyuqlamışdım.
Yatalaq qızdırmasından yatağa düşüncəyədək yenidən məşqlərin gedişi ilə bağlı
artan əndişələrə qapıldım.
129
Noyabr idi. Evə qayıtmalı olan yaxınlarım məni huşsuz vəziyyətdə qoyub
getdilər vəmənQasperinin himayəsində qaldım. Lakin qızdırmadan sayıqlayarkən
başqa həkimlərin çağırılmasını istəmişdim. Həqiqətən, qraf Qattsfeld Prussiya
səfirliyindən həkim çağırmışdı. Ümumiyyətlə, tələbim heç də qayğıkeş dostuma
inamsızlığımdan irəli gəlmirdi. Bu, qızdırmanın nəticəsi idi. Beynim ən inanılmaz,
yabanı fantaziyalarla dolu idi. KnyaginyaMetternix və xanımKalergis mənimüçün
şəxsən dəvət etdiyim Napoleonun da aid olunduğu tam saray ştatı təşkil etməli
idilər. Üstəlik, Emil Erlangerdən ixtiyarıma Paris yaxınlığında villa verməyini və
ora köçürülməyimi tələb edirdim. Çünki bu qaranlıq yuvada heç vaxt sağalmaya-
caqdım. Nəhayət, qətiyyətlə məni Neapola göndərməkləri üçün israr etməyə baş-
ladım. Şübhəsiz, orada Haribaldi ilə sərbəst ünsiyyət quraraq tezliklə sağalacaq-
dım. Qasperini bu cəfəngiyyatı səbirlə dinləyirdi. O və Minna ayaqlarıma xardal
yaxması qoyarkən çoşğun müqavimətimi böyük səylə qırırdılar. Ömrümün sonra-
kı illərində keçirdiyim narahat gecələrdə də mənə şöhrətpərəst-lovğa fantaziyalar
əzab verirdi. Yuxudan hövlnak oyanaraq dəhşət içində bu yuxuların xəstəlik sa-
yıqlamalarıma bənzədiyinin fərqinə varırdım. Beş gündən sonra qızdırmam düş-
dü. Lakin indi də görmə qabiliyyətimi itirmək təhlükəsi ilə üz-üzə idim. Üstəlik,
fövqəladə dərəcədə zəifləmişdim. Nəhayət, görmə sinirlərimin zəifləməsi də keç-
di. Bir neçə həftə sonra məşqlərlə bağlı əndişələrimə son qoymaq üçün yenidən
opera teatrınadək olan qısa məsafəni qət etmək qərarına gəldim.
Burada tamamilə ölümə məhkum olunduğumu düşünürdülər və mən
müxtəlif hisslərin şahidi oldum. Öyrəndim ki, məşqlər heç bir əsas olmadan da-
yandırılıb. Ümumiyyətlə, getdikcə işin daxili iflasının əlamətləri özünü göstərirdi
və mən qüvvəmə qənaət etmək ehtiyacı duyduğumdan bunu özümdən belə
gizlədirdim. Əvəzində, Frederiko Villoya həsr etdiyim müfəssəl ön sözə ma-
lik dörd opera poemasının nəşrinə həddindən artıq sevinmişdim. Tərcümə