547
Rixard Vaqner
Mənim həyatım
Amma bu onun imkanlarına heç uyğun deyildi. Bəzən kənardan elə görünürdü
ki, onun səyləri uğursuz alınmır. Üstəlik, Nimanla məşqlərdə Tanhauzerlə Ve-
nera arasında qarşılıqlı cazibə əlamətləri nəzərə çarpırdı. Niman böyük ustalıqla
fransız tələffüzünə yiyələndi və freylen Saksın da fəal iştirak etdiyi məşqlər qarşı-
mızda yeni canlı ümidlərə üfüq açdı. Hələ Ditşlə yaxın təmasa keçmədiyim üçün
heç nə əhvalımıza kölgə salmırdı. Ditş orkestrin şefi və operanın gələcək dirijo-
ru kimi, Böyük operada hökm sürən ənənəyə görə, ifaçıların məramları ilə tanış
olmaq üçün yalnız fortepiano məşqlərində iştirak edirdi. Məşqlərdə iştirak edən
və müvafiq olaraq dramatik oyunla əlaqəli məsələlər müzakirəsində fransızlara
xas canlılıq, çeviklik göstərən rejissor Kormon daha az dissonans gətirirdi. Hətta
ayrı-ayrı artistlər məni anlamayanda da hamı həvəslə qərarlarıma tabe olurdu.
Belə ki, hələ də böyük ixtiyar sahibi hesab olunurdum. Düşünürdülər ki, knyagin-
ya Metternix sayəsində istədiyim hər şeyə nail ola bilərəm. Xüsusilə bir məqam
artistlərdəki bu inamı gücləndirirdi: mən öyrənmişdim ki, knyaz Ponyatovski,
uğursuz əsərlərindən birinin ikinci tamaşası ilə məşqlərimizin sonrakı gedişatına
təhlükə yaradacağı ilə hədələyib. Cəsur knyaginya şikayətlərimə cavabında knyaz
operasının təxirə salınması haqqında əmrin verilməsinə nail olmuşdu. Əlbəttə, bu
knyazın mənə xoş münasibətini təmin edə bilməzdi. Tezliklə onu evində ziyarət
edərkən bundan kifayət qədər əmin oldum.
128
Məşqlərdən sonra qalan asudə vaxtımı bəzi ailə üzvləri ilə Parisə gəlmiş
bacım Luizaya həsr edirdim. Lakin böyük çətinliklə ona qonaqpərvərlik göstərə
bildim. Belə ki, mənzilimə daxil olmaq cəhdi belə həyat üçün təhlükəli idi. Yalnız
indi ev sahibimin nə üçün təmirdən qəti imtina edib davamlı müqavilə bağladığı
məlum olurdu. Məsələ burasında idi ki, Paris şəhər idarəsi körpülərdən birindən
Barriere de l`Etoile
ə geniş bulvar salmaq məqsədilə Nyuton küçəsini oradakı bü-
tün tikililərlə birlikdə qazmaq qərarı vermişdi. Lakin bu plan son anadək təkzib
edilirdi: torpaq sahələrinin müsadirəsi üçün nəzərdə tutulan ödənişi gecikdirmək
istəyirdilər. Düz giriş qapısının ağzında küçənin getdikcə daha dərin qazıldığını
sezəndə çox təəccüblənmişdim. Əvvəlcə, küçə yalnız ekipajların keçməsi üçün na-
rahat idi. Sonda isə mənzilə piyada gəlmək da qeyri-mümkün oldu. Belə hallarda
ev sahibi də köçməyimə etiraz bildirmədi və tələb etdi ki, məhkəmə sayəsində
ondan mənə dəyən zərərin ödənilməsinə nail olum. O da öz növbəsində yalnız
bu şəkildə bələdiyyənin bu tədbirindən şikayət edə bilərdi. Elə həmin vaxtlarda
dostum Ollivyenin hansısa parlament xətasına görə vəkillik təcrübəsinə birrüb-
lük qadağa qoyulmuşdu və o, proses üçün yoldaşı Pikarı məsləhət gördü. Sonrakı