Rixard Vaqner
Mənim həyatım
546
127
İlk növbədə, birlikdə tamamilə yeni bir işi yerinə yetirməliydik. Çoxdankı
meylimə tabe olaraq “Tanhauzer”in diqqətlə səhnələşdirilməsindən istifadə edib
ilk səhnəni (“
Venera
”)
genişləndirmək və təkmilləşdirmək qərarına gəldim. Mətni
sərbəst alman şeiri şəklində yazdım və onu fransız dilinə çevirərəkən tərcüməçiyə
tam sərbəstlik verdim. Mənə dedilər ki, Trüinenin şeiri heç də pis alınmayıb.
Bu zaman alman mətnini hazır musiqiyə uyğunlaşdırmaq üçün səhnənin musi-
qi həllinə başladım. Bundan başqa, rəhbərliklə böyük balet barədə xoşagəlməz
mübahisələrimməni “Veneramağarası”ndakı giriş səhnəsini əhəmiyyətli dərəcədə
genişləndirməyə sövq etdi. Məncə, bu, balet heyətinə geniş xoreoqrafik imkan ya-
radırdı. Beləcə, daha heç kəs mənim tərsliyimdən şikayətlənə bilməzdi. Hər iki
səhnənin musiqi həllinə bütün sentyabr ayını sərf etdim. Eyni zamanda, Böyük
operanın foyesində “Tanhauzer”in fortepiano məşqləri başladı.
Bu opera üçün dəvət olunmuş heyət toplanmışdı. Məni yeni əsərin fransız
operasında öyrənilməsi xüsusiyyəti ilə tanışlıq maraqlandırırdı. Bu xüsusiyyəti bir
neçə sadə sözlə ifadə etmək olar: qeyri-adi dəqiqliklə yanaşı yüksək dərəcədə qu-
ruluq. Bu xüsusiyyətlərlə əsasən
chef de chant
,
M-r Vauthrot fərqlənirdi. Bu insan
mənim haqqımda heç bir xoş söz deməmişdi. Mənə düşmən mövqedə dayandığı-
nı düşünmək olardı. Lakin digər tərəfdən, o, fəaliyyətindəki dəqiqliyi ilə işə necə
ciddi münasibət göstərdiyini sübut etmişdi. M-r Vauthrot musiqiyə daha yaxşı
uyğunlaşma üçün mətndə əhəmiyyətli dəyişikliklərdə israr etmişdi. Oberin və
Bualdyenin operaları ilə tanışlıq mənə fransızların poeziyada və musiqidə səssiz
hecaların tələffüzünə laqeyd yanaşdıqlarını düşünməyə vadar etmişdi. O, iddia
edirdi ki, bunu əsla yaxşı ifaçılar yox, yalnız bəstəkarlar edir. O zaman uzunluq
barədə tez-tez yaranan şübhələrə cavab olaraq dedim: anlamıram, Rossininin elə
həmin vaxtlarda fransız səhnəsində oynanılan “Semiramida”sından zövq almağa
öyrəşmiş auditoriyanın darıxmasından necə qorxmaq olar. M-r Vauthrot bir qədər
düşünüb mənimlə razılaşdı. Çünki söhbət əhvalatın və musiqinin monotonluğun-
dan gedirdi. Lakin o dedi: mən belə tamaşalarda auditoriyanın nə əhvalat, nə də
musiqi ilə maraqlandıqlarını unuduram. Bütün diqqət yalnız ifaçıların virtuoz-
luğuna yönəlir. “Tanhauzer”in səhnələşdirilməsində virtuozluğa ümid etmək ol-
murdu. Onsuz da mənim ixtiyarımda virtuozlar yox idi. Belə virtuozluqla yalnız
heyətimin bir aktrisası – eksentrik, dəbdəbəli yəhudi xanım Tedesko fərqlənirdi.
O, italyan operalarında uğurla çıxış etdiyi Portuqaliya və İspaniyadan təzəcə qa-
yıtmışdı. Görünür, Venera rolunun ifası məsələsinə etinasız yanaşmağımın ona
Parisdə əlverişli iş şəraiti yaratmasından çox məmnun idi. Tedesko yalnız əsl faciə
aktrisasının öhdəsindən gələ biləcəyi işə nail olmaq üçün əlindən gələni edirdi.