545
Rixard Vaqner
Mənim həyatım
126
İşlərimdəki məmnunedici dönüş başqa şəraitdə mənə böyük gümrahlıq aşı-
laya bilərdi, amma indi özümü heç cür sevincə kökləyə bilmirdim. Özümə uyğun
olmayan tədbirin tamamilə əsassız olduğunu hiss edirdim. Hər dəqiqə bundan
daha çox əmin olurdum. Bikef halda işimi irəli apara biləcək hər bir şeyi edirdim.
Çünki bu mənə olan etibarın əsası idi. Yalnız bu zaman qazandığım yeni tanışlıq
məni ümumilikdə işlə bağlı həyəcanlı inamsızlıq halına saldı. Roye bildirdi ki, iki
könüllünün köməyi ilə böyük əmək sərf edərək ortaya çıxardığım tərcüməni qəbul
edə bilməz. Onu yenidən işləmək üçün Nüitter təxəllüsü ilə çap olunan Şarl Trü-
ineni məsləhət gördü. Bu, həddindən artıq xoş, açıq xasiyyətli gənc hələ bir neçə
ay əvvəl Ollivyenin tövsiyəsi əsasında yanıma gəlib opera mətnlərinin tərcüməsi
üzrə xidmətlərini təklif etmişdi. O, Ollivyenin Paris vəkillər zümrəsindən olan yol-
daşı idi. Lindau ilə razılaşmamdan qürurlanaraq, onun təklifini rədd etmişdim.
İndi Royenin bəyanatından sonra Trüinenin yeni təklifini diqqətə almaq lazım
idi. O, alman dilini bilməsə də, məni inandırırdı ki, atasından lazımi köməyi ala-
caq. Belə ki, atası uzun illər ərzində Almaniyaya səfər etmiş və bu zaman alman
dilində müəyyən təcrübə qazanmışdı. Lakin mahiyyətcə burada xüsusi dil bilgisi
tələb olunmurdu. Çünki bütün iş, həmişə hər şeyi hamıdan yaxşı bilən iddialı Lin-
daunun bezdirici müdaxilələri altında Roşun qoşduğu şeirlərə bir qədər sərbəst
fransız ifadəsi verməkdən ibarət idi. Trüine tükənməz səbrlə, sonsuz dəyişikliklər
qarşısında dayanmadan musiqi tələblərimi razı salmaq üçün çalışması ilə xüsusi
rəğbətimi qazandı. Tamamilə yararsız olan Lindaunu yeni işə müdaxilə etməməsi
üçün kənarlaşdırmalı olduq. Roşu isə əksinə, əməkdaş kimi saxladıq. Çünki yeni
əsərin əsasında onun işi dayanırdı. Nəticədə, gömrük kontorundan uzaqlaşmaq
imkanı olmayan Roş işdə iştirakdan tamamilə kənarlaşdırıldı. Belə ki, Trüine
tamamilə bekar idi və mənimlə hər gün əlaqə saxlaya bilirdi. Əmin olmuşdum
ki, onun vəkil peşəsi yalnız zahiri bəzək xarakteri daşıyırdı. Bu adam vəkillik
təcrübəsi barədə heç düşünmür, bütün marağını arxivariusu olduğu Böyük opera
rəhbərliyinə yönəldirdi. Eyni zamanda o, gah bir, gah digər dostu ilə “Vodevil” və
başqa kiçik teatrlar, hətta “
Bouffes parisiens”
üçün kiçik pyeslər üzərində işləyirdi.
Ümumiyyətlə, fəaliyyətinin bu tərəfi barədə söhbətlərdən çəkinirdi. “Tanhauzer”in
oxunmağa münasib, qeyd-şərtsiz məqbul mətninin yazılması üçün ona minnətdar
olsam da, digər tərəfdən, Trüinenin istedadının məni poetik və ya estetik cəhətdən
heyrətləndirdiyini xatırlamıram. Lakin onun xüsusilə, ağır dəqiqələrdə məlumatlı,
coşğun və həmişə sadiq dost kimi dəyəri danılmaz idi. Çətin məsələlər barədə
mülahizələr yürüdərkən bu qədər incə, həmçinin, öz fikirlərini enerji ilə müdafiə
etməyə bu qədər hazır adamla rastlaşmamışdım.