Rixard Vaqner
Mənim həyatım
544
tamamilə ixtiyarsız olduğuna inandırmağa çalışırdı. Bunu inkar etmək üçün mən
çox ehtiyatsız şəkildə Saksoniya kralından ona minnətdarlığımı bildirmək barədə
göstəriş aldığımı xatırlatmışdım. Görünür, bu onu qəzəbləndirmişdi. Şahzadə
cüzi rəğbətini laqeyd şəkildə göstərərək mənimlə vidalaşdı. Köhnə dostum Al-
vina Fromman sonralar mənə dedi ki, çox yəqin sakson tələffüzüm şahzadənin
xoşuna gəlməyib. Beləcə, mən məşhur Baden cənnətini, özümlə heç bir xoş xatirə
götürmədən tərk etdim. Minna ilə Manheymdə gəmiyə oturub Reynboyu üzüaşa-
ğı səyahət etdim. İlk dəfə bu səfəri su yolu ilə həyata keçirirdim. Bu zaman qey-
ri-ixtiyari xatırladım ki, Reyni neçə dəfə keçsəm də, Almaniyanın orta əsrləri ilə
maraqlanan hər kəsin diqqətini cəlb edən bu heyrətamiz yerlə tanış olmağa imkan
tapmamışam. Tələsik Kölndən qayıdıb cəmi səkkiz gün davam edən səyahətimi
sona çatdırdım və ciddi gedişat alan Paris təşəbbüsümün əzablı problemlərini həll
etməyə başladım.
Bu cəhətdən məni gözləyən çoxsaylı çətinlikləri mənimlə dostluq münasi-
bətləri qurmağa çalışan gənc bankir Emil Erlanger yüngülləşdirdi. Əvvəlcə Han-
nover inqilabçısı olan, sonra şahzadə Lüdovik-Napoleonun şəxsi kitabxanaçısı
işləyən, bütün mümkün və qarışıq işlər üzrə qəzet agenti vəzifəsində çalışan Al-
bert Bekman adlı qəribə bir adam özünü mənim pərəstişkarım elan etmişdi. O,
mənimlə tanışlığa nail oldu. Özü də həmişə mənə münasibətdə ən nəzakətli rəftar
nümayiş etdirirdi. İndi o, xəbər verdi ki, qəzet agenti olaraq çalışdığı cənab Erlan-
ger mənimlə tanış olmaq istəyir. Bankirin pullarından başqa mənə heç nəyin lazım
olmadığını bildirərək qəti şəkildə bu görüşdən imtina etməyə hazır idim. Albert
bu zarafata cavab olaraq məni ciddi şəkildə inandırmağa çalışdı ki, Erlanger də elə
bu mənada faydalı olmaq istəyir. Beləliklə, mən həqiqətən xoşrəftar bir insanla ta-
nış oldum. Onun Almaniyada tez-tez dinlədiyi musiqimə məhəbbəti şəxsən mənə
kömək etmək üçün həvəs oyatmışdı. Erlanger açıq şəkildə maliyyə işlərimi ona eti-
bar etməyimi istəyini bəyan etmişdi. Bunu belə başa düşmək olardı ki, o, davamlı
olaraq məni lazımlı vəsaitlə təmin edəcək. Əvəzində, bütün Paris tədbirlərimdən
əldə olunan gəlirlərin idarə olunmasını ona həvalə etməli idim. Dediyinə görə,
Parisdə mənim bankirim kimi tanınmaq onun üçün vacib idi. Bu, tamamilə yeni
təklif, düşdüyüm vəziyyətə heç vaxt olmadığı qədər uyğun gəlirdi. Həqiqətən,
Parisdəki vəziyyətimin düzəlməsinədək heç bir çətinlik yaşamadım. Erlangerlə
münasibətlərimdə ən xoş motivli anlaşılmazlıqlar qaçılmaz olsa da, onu rifahıma,
təşəbbüslərimin uğurlarına görə narahat olan sadiq dost hesab edirdim.