543
Rixard Vaqner
Mənim həyatım
qərarına gəldim. Xoşbəxtlikdən, ağıllı mehtər ehtiyatlı davranıb məni qarşılamağa
çıxmışdı. O, açıq meydanda mənə atdan düşməyə kömək etdi və gülümsəyərək
atı apardı. Beləcə, son cəhdimlə birgə atminmə macəram da həmişəlik bitdi. Bu
təcrübə mənə masamın siyirtməsində istifadəsiz qalmış on abunəyə başa gəldi.
Lakin itim Fipsin müşayiəti ilə bir daha görmək imkanı əldə etdiyim Bulon
meşəsindəki tənha gəzintilər mənə böyük zövq verirdi. Ümumiyyətlə, ətrafıma
müəyyən sakitlik çökmüşdü. Adətən Parisdə yay belə keçir. Bülov Vachettedə
verdiyi səhər yeməyinin inanılmaz nəticələrini, “Tanhauzer”in səhnələşdirilməsi
üçün imperator əmrini gözləyib Almaniyaya qayıtdı və avqustda Reynətrafı
ərazilərə çoxdan düşündüyü səyahəti həyata keçirdi. O, əvvəlcə Kölndən keçib
Koblensə yollandı. Burada Prussiya şahzadəsi Avqustanı tapmağa ümid edirdim.
Onun Badendə olduğunu öyrənib Sodenə tərəf yollandım və səyahətin sonrakı
hissəsini birlikdə keçirmək üçün Minnanı və onun yeni rəfiqəsi Matilda Şiffneri də
özümlə götürdüm. Frankfurtda Drezdendəki görüşümüzdən bəri ilk dəfə yolüstü
burada qardaşım Alberti gördüm.
Artur Şopenhauerin yaşadığı yerdə olduğumu xatırladım. Lakin qəribə
cəsarətsizlik onu ziyarət etməyimə mane oldu. Əhvalım çox dalğın idi,
Şopenhauerlə danışacağım hər şeydən uzaqdım. Əgər özümü onun səviyyəsinə
çatmış hiss edə bilsəydim, bu söhbətin böyük əhəmiyyəti olardı və bu, görüşümüzə
haqq qazandırardı. Dəfələrlə olduğu kimi, yenə həyatımın ən vacib işlərindən bi-
rini təxirə saldım. Bunu elə ehtirasla istəyirdim ki, o gəlib çatmalı idi! Frankfurta
qısamüddətli ziyarətimdən bir il sonra “Meysterzingerlər”lə məşğul olmaq üçün
orada uzun müddətə məskunlaşanda tanışlığımız üçün vaxt yetişdi. Lakin məhz
bu ərəfədə Şopenhauer dünyasını dəyişdi. Taleyin dönüklüyü ilə bağlı düşüncələrə
dalıb, özümü qınadım.
125
Digər ümidim də puç oldu. Listi Frankfurtda görüşə sövq edəcəyimi
gözləyirdim. Bunun əvəzinə ondan xahişimi yerinə yetirə bilməyəcəyi barədə
məktubunu aldım. Buradan birbaşa Baden-Badenə yola düşdük. Minna ilə rəfiqəsi
qumar çarxının cazibəsinə qapılan vaxt mən qraf Purtalesin əlahəzrət kralın sa-
rayından olan qrafinya Qakkeyə yazdığı tövsiyə məktubu vasitəsilə hörmətli
himayədarımla görüşə bilmək üçün çalışırdım. Bəzi tərəddüdlərdən sonra mənə
demişdilər ki, günorta saat beşdəmineral sular içilən qalereyada özümü ona təqdim
edə bilərəm. Rütubətli və soyuq gün idi. Elə bil, qalereyaya yaxınlaşdığım vaxt
hər şey donmuşdu. Avqusta, qrafinya Qakkenin müşayiəti ilə irəli-geri gəzirdi.
Mənimlə qarşılaşıb lütfkarlıqla ayaq saxladı. Şahzadə məni özünün hər cəhətdən