Rixard Vaqner
Mənim həyatım
542
Reynə gedərkən ona baş çəkməyə söz vermişdim. İndi bu sözü yerinə yetirmək
üçün şərait yaranmışdı.
Hüquqi motivlərdən” amnistiyama israrla müqavimət göstərən Sakso-
niya kralı ilə münasibətlərim yaxşılığa doğru dəyişməyə başlamışdı. Buna görə
digər alman, xüsusilə, Avstriya və Prussiya səfirliklərinin mənə artan marağına
borclu idim. Görünür, genişürəkli dostum xanım Kalergisin qohumu ilə evli olan,
həmçinin, mənə ürəkdən rəğbət bəsləyən Saksoniya səfiri cənab fon Zebax Saksoni-
ya sarayındamənimxeyrimə enerjili fəaliyyət göstərməyə başladı: o, həmkarlarının
siyasi mühacirin” vəziyyəti ilə bağlı sorğu-suallarından bezmişdi. Buna qraf Pur-
talesin vasitəçiliyi sayəsində həmin dövrkü Prussiya regent-şahzadəsinin müsbət
təsiri də əlavə olundu. Öyrənmişdim ki, o, Badendə alman knyazlarının Napole-
onla görüşündə Saksoniya kralı ilə mənim barəmdə söhbət etmişdi. Fon Zebax
məndən gizlətmədiyi müxtəlif gülməli tərəddüdləri aradan qaldırdıqdan sonra
bildirdi ki, kral İohan mənə amnistiya, yəni, dolayı yolla Saksoniyaya qayıtmağa
icazə verə bilmir. Amma hər hansı etirazla qarşılaşmadığım halda alman birliyinin
yaradıcı məqsədlərlə ziyarət etmək istədiyim digər ölkələrinə getməyimə etirazı
yoxdur. Cənab fon Zebax məsləhət gördü ki, Reynətrafı əyalətləri ilk ziyarətimdə
kralla mənim barəmdə söhbətinə görə minnətdarlığımı bildirmək üçün özümü
Prussiya regent-şahzadəsinə təqdim edim.
124
Lakin əvvəlcə “Tanhauzer”in tərcüməçilərinin öhdəsindən gəlməli idim.
Eyni zamanda, əsasən qarın boşluğumdakı köhnə fiziki ağrılar mənə əziyyət ve-
rirdi. Müalicə üçün at belində gəzməyi məsləhət görmüşdülər. Tanışlarımın ara-
sında nəzakətli gənc rəssam Çermak da var idi. İndi o, mənə yardımını təklif etdi.
Rəssamla freylen Meyzenbuqun vasitəsilə tanış olmuşdum. Atların kirayələnməsi
üçün şərtləşdim və gözəl günlərin birində gənc dostumla mənə iki itaətkar at
gətirdilər. Biz bütün tədbirləri görərək at belində Bulon meşəsinə səfər təşkil etmək
qərarına gəldik. Gəzinti üçün səhər vaxtını seçdik ki, yüksək cəmiyyətin eleqant
kavalerləri ilə qarşılaşmayaq. Çermakın təcrübəsinə etibar etsəm də, atminmə
sənətində yox, amma cəsarətdə onu üstələyirdim. Bu məni çox təəccübləndirdi.
Mən atımın ağır yerişinə səbirlə dözdüyüm halda o, uca səslə lənətlər yağdıraraq
bildirdi ki, bir də belə təcrübələri təkrarlamayacaq. Növbəti gün cəsarətimi topla-
yıb atla tək gəzməyə çıxdım. Atı gətirənmehtər uzağa gedə biləcəyimə şahid olmaq
üçün məni “
Barriere de
l`Etoile
ədək gözləri ilə yola saldı. “
Avenue de l`İmperatrice”
ə
çatanda atım inadla buradan sonra getməyə qarşı müqavimət göstərdi. O, gah
kənara çevrilir, gah geri gedir, gah da tamam dayanırdı. Nəhayət, geri qayıtmaq