541
Rixard Vaqner
Mənim həyatım
Kalergisdən başqa Berlioz da iştirak edirdi. Xanım Viardo onun dəvət olunmasını
böyük həvəslə istəyirdi. Görünür, Berliozla aramızdakı narazılığı yoluna qoymağa
çalışırdı. Opera fraqmentinin iştirakçılara necə təsir göstərdiyi mənim üçün anla-
şılmaz qaldı. Xanım Kalergis susurdu, Berlioz məmnunluqla partnyorumunkun-
dan kəskin fərqlənən ifamın “
chaleur
unu vurğuladı. Xanım Viardo yarımsəslə
oxuyurdu. Bu vəziyyət Klindvortu çox karıxdırmışdı. O, işinin öhdəsindən uğurla
gəlmişdi. Amma bildirdi ki, Berliozun iştirakına görə ifasında sönük temp götürən
Viardonun davranışı onu tamamilə heyrətləndirib. “Valkiriya”nın bir axşam
mənim evimdə ifa olunun ilk pərdəsi bizi daha məmnun etmişdi. Özü də bu dəfə
xanım Kalergisdən əlavə ifaçı Niman da iştirak edirdi.
O, Parisə Royenin dəvəti ilə müqavilə imzalamaq üçün gəlmişdi. Nimanın
mənimsədiyi müraciət tərzi məni təəccübləndirirdi. O, hələ otağa daxil olmamış,
düz kandardaca soruşmuşdu: “Hə, məni istəyirsiniz, ya yox?”Birlikdə müdiri
ziyarət edəndə isə yaxşı təsir bağışlamaq üçün özünü ələ almışdı və istədiyinə
nail olmuşdu. Üstəlik, tenora xas olmayan qeyri-adi bədən quruluşu da hamıda
heyrət doğururdu. Niman formal olaraq sınaqdan keçməli oldu və Böyük ope-
ranın səhnəsində ifa etdiyi “Tanhazuer”in zəvvarlıq barədə əhvalatını seçdi. Sı-
naqda gizlincə iştirak edən xanım Kalergis və knyaginya Metternix, həmçinin,
rəhbərliyin üzvləri Nimandan çox məmnun qaldılar. Onu 10 000 frank maaşla
səkkiz aylıq müddətə dəvət etdilər. Bu müqavilə sırf “Tanhauzer” üçün bağlan-
mışdı. Belə ki, mən əvvəlcədən ifaçının digər bəstəkarların operalarında iştirakına
etiraz etməyi lazım bilmişdim.
123
Bu müqavilənin fövqəladə şərtlər altında imzalanması artıq ətrafdakıların
da məni qəbul etməyə başladıqlarını anlamağa sövq etdi. Bu təşəbbüsün şübhəsiz,
əsas həvəsləndiricisi olan knyaginya Metternixlə daha yaxın ünsiyyət qurdum.
Onun əri və cütlüyün aid olduğu geniş diplomatik dairələr məni xoş qarşıladılar.
Knyaginyanın Fransanın imperator sarayında qüdrətli nüfuz sahibi olduğu de-
yilirdi. Hər cəhətdən nüfuzlu nazir Fuld, xanımın mənə dəstəyinin qarşısını ala
bilmirdi. Bütün ehtiyaclarıma görə yalnız ona müraciət etməli idim. O, hər şeyin
qeydinə qalacaqdı. Bu təşəbbüsə xüsusi inam bəsləmədiyimdən bu işlərlə məşğul
olmaq knyaginyaya xüsusi zövq verirdi.
Belə münbit şəraitdə mən sakitcə payızı gözləyərək yayı başa vura bilərdim.
Payızda məşqlər başlamalı idi. Minnanın sağlamlığı üçün lazım olan hər şeyi
etmək imkanına malik idim və bu məni çox sevindirirdi. Ona Frankfurt yaxınlığın-
dakı Sodendə müalicə kursu yazılmışdı. İyulun əvvəlində Minna ora yola düşdü.