Rixard Vaqner
Mənim həyatım
540
göstərmirdi. Hələ də böyük xərc tələb edən ev işlərinin idarə olunması üçün vəsait
tapmaq imkanım yox idi. Digər təlaşlar və xoşagəlməzliklərlə yanaşı yaranmış
vəziyyətdən çıxış yolu axtardırdım, bir musiqi taciri Fləksləndlə “Uçan hollandi-
yalı”, “Tanhauzer” və “Loenqrin” operalarının müəllif hüquqlarının satışı ilə bağ-
lı razılığa gəlmişdim. Bu razılığa əsasən, o, operalarımdan istədiyi kimi istifadə
edə biləcəkdi. Aramızda bağlanan müqavilədə deyilirdi ki, naşir mənə dərhal
hər opera üçün min frank ödəməlidir, qalan ödənişlər isə onların Paris teatrları-
nın birindəki tamaşalarına görə bu şəkildə yerinə yetirilməlidir: ilk on tamaşadan
sonra min frank, iyirmiyə qədər sonrakı tamaşalardan sonra isə yenə min frank.
Bir vaxtlar operalarımın nəşri üçün mənə maddi yardım göstərən köhnə dostum
Puzinellini dərhal bundan xəbərdar etdim. Fləkslənddən alacağım ilk ödənişi ona
göndərməmək üçün icazə istəyirdim. Üstəlik, əlimdə heç bir vəsait olmadığından
Parisdə Mezerin varislərinə satılan operalarımın mümkün gəlirlərinin də qeydinə
qalmalı idim. Puzinelli mənə geniş fəaliyyət imkanı verdi. Drezdenli naşir isə özü-
nü bir o qədər iyrənc apardı: mülkiyyət hüququna dəyən zərərdən şikayətlənməyə
başladı və bununla da, Flaksləndə o qədər narahatlıq verdi ki, sonuncu, öz narazı-
lığını mənə bildirməyi lazım bildi.
Vəziyyətimi heç nə ilə yüngülləşdirməyə macal tapmamış az qala yeni
cəncələ düşəcəkdim. Bu vaxt qraf Pol Qattsfeld qəfil ziyarətimə gəldi və mənə
bəzi xəbərlər vermək istəyən xanım Kalergisin yanına getməyimi xahiş etdi. Parisə
təzəcə gəlmiş bu qadını 1853-cü ildə Listlə birlikdə Parisdə olduğumuz vaxtdan
bəri ilk dəfə görürdüm. O, görüşən kimi dərhal məni inandırmağa başladı ki, ötən
qış baş tutan konsertlərimdə iştirak edə bilmədiyi üçün çox məyusdur. Həm də bu
onu çətin vəziyyətimdə köməyimə yetmək imkanından məhrum etmişdi. Kalergis
təxminən 10 000 frank miqdarında ciddi zərərə düşdüyümü öyrənmişdi. İndi o,
mənə dəyən ziyanı ödəmək üçün bu məbləği qəbul etməyimi istəyirdi. Əvvəllər
ikrah doğuran pultoplama kampaniyasından qaçmaq üçün Prussiya konsulluğu-
na müraciətə etmək istəmirdim, buna görə də gördüyüm zərəri qraf Qattsfelddən
gizləmişdim. Amma bu ürəyiaçıq qadının qarşısında riyakarlıq etməyə heç bir
əsasım yox idi. Mənə elə gəlirdi ki, həmişə ümid etmək hüququmun olduğunu
düşündüyüm əsas bir şey yerinə yetir və bu nadir qadına minnətdarlıq etmək,
onun üçün nəsə etmək ehtiyacı duyurdum. Münasibətlərimizi müşayiət edən
bütün narahatlıqlar, xanım Kalergisin yeganə istəyimi yerinə yetirməyə mane
olan özünəməxsus xasiyyətindən və qəribə həyat tərzindən irəli gəlirdi. Hələlik,
əhvalımın səmimiliyinin sübut etmək istəyirdim. “Tristan”ın ikinci pərdəsini
məxsusi olaraq bu xanım üçün səhnələşdirmək qərarına gəldim. Üstəlik, bu za-
man yaxından tanış olduğum xanım Viardo vokal hissələrini mənimlə birlikdə ifa
etməli idi. Royal üçün isə öz hesabıma Londondan Klindvortu dəvət etmişdim.
Bu çox tamaşa Viardonun evində baş tutmuşdu. Tamaşanın həsr olunduğu xanım