539
Rixard Vaqner
Mənim həyatım
gələ bilməyəcəyini anladım. Lakin sifarişi Roşun əlindən almamağa qərar verib
özüm də fəal şəkildə işə qoşuldum. Onlar çox zaman mənim yanımda dörd saat
oturub bir neçə şeir yazırdılar. Adətən belə hallarda özümü Lindaunu içəri bu-
raxmamaqdan güclə saxlayırdım. Alman mətnini başa düşməsə də, bu, ona hər
dəqiqə arsız təkliflərlə çıxış etməyə mane olmurdu. Getdikcə az qala dəli olmağı-
ma baxmayaraq, yalnız Roşu başqa nə cür saxlayacağımı bilmədiyimdən mənasız
kombinasiyaya riayət etməyə davam edirdim.
Beləcə, bir neçə ay keçdi. Tez-tez Roye ilə “Tanhauzer”in səhnələşdirilməsi,
əsasən də, rolların bölünməsi ilə bağlı görüşməli olurdum. Müdirin Böyük ope-
ranın heç bir ifaçısını təklif etməməsi mənə qəribə gəlirdi. Düzdür, həvəslə Ve-
nera rolunu tapşıra biləcəyim xanım Heymardan başqa onların heç birindən
özümün də xoşum gəlmirdi. Lakin naməlum səbəblərdən onun iştirakına razılıq
vermirdilər. Mövcud heyətlə tanış olmaq üçün “Favorit xanım”, “Trubadur”, “Se-
miramida” kimi operaların tamaşalarında iştirak etdim. Bu zaman içimdəki bir səs
israrla səhv yolda olduğumu deyirdi və hər dəfə evə qayıdarkən bu təşəbbüsdən
imtina etmək qərarında əmin olduğumu hiss edirdim. Lakin hər dəfə öhdəliklərini
səmimi qəlbdən yerinə yetirən Royenin istədiyim ifaçıləri işə cəlb etmək təklifi
məni yoldan çıxarırdı. Ən çox əsas partiya üçün tenor axtarışlarına görə narahat
idim. Hamının təriflədiyi hannoverli Nimanı seçməkdən başqa yolum yox idi.
Hətta onun ifasını mənim operalarımda dinləyən Fuşe de Kareyl və Perren kimi
fransızlar da Nimanın böyük istedadının olduğunu təsdiqləyirdilər. Müdir üçün
də bu seçim çox arzuolunan görünürdü və Niman dərhal müqavilə imzalamaq
üçün Parisə dəvət olunmuşdu. Bundan başqa, Roye mənim “
tragedienne”
kimi tanı-
nan və gözəlliyi sayəsində opera repertuarına həddindən artıq faydalı ola biləcək
Tedesko adlı xanım ifaçının da dəvət olunması barədə fikir bildirməyimi istəyirdi.
O, məni inandırırdı ki, bu ifaçı Venera roluna ən uyğun namizəddir. Bu xanımı
tanımadan təkliflə razılaşdım. Həmçinin, gözəl, hələ korlanmamış səsə malik gənc
ifaçı xanım Saksın, tamaşaların birində fransız operasının digər ifaçılarından fərqli
olaraq gur səsini bəyəndiyim italiyalı bariton Morellinin də dəvət olunmasına ra-
zılıq vermişdim. Beləliklə, mənə elə gəlirdi ki, vacib addımlar ən yaxşı şəkildə,
atılmışdı. Lakin işin uğuruna heç bir inam yox idi.
122
Bu əziyyətlərin fonunda qırx yeddinci doğum günüm qəmgin əhval-ruhiy-
yədə keçdi. Bu ab-havanı Yupiterin güclü parıltısı bir qədər işıqlandırdı. Bunu xoş
əlamət hesab etmişdim. İlin gözəl fəslinin yetişməsi vəziyyətimin mürəkkəbliyini
artırırdı: bu fəsil adətən Parisdə istənilən növ işgüzar görüşlərə yaxşı təsir