Rixard Vaqner
Mənim həyatım
538
Məni onun “Tanhauzer”in tərcüməsində iştirakına razılıq verməyə isə, bu
işlə əlaqədar gənc Edmond Roşla əməkdaşlıq qurmaq təklifi sövq etdi. Onunla
ötən ilin sentyabrında, Parisə gəlişimdən dərhal sonra tanış olmuşdum. Tanışlığı-
mız o qədər də adi olmayan, ancaq çox xoş bir şəraitdə baş tutmuşdu. Sürixdən
göndərilən əşyalarımı götürmək üçün gömrük məntəqəsinə getmişdim. Orada
məni solğun bənizli, kasıb geyimli, ancaq çox fəal bir gəncin üstünə göndərdilər.
Özümü təqdim edəndə o, çılğın bir hərəkətlə sözümü ağzımda qoydu: “Oho, tanı-
yıram, cənab Vaqner, pianomun üzərindən Sizin portretinizi asmışam!” Dəhşətli
bir təəccüb içində onu sorğu-suala tutaraq öyrəndim ki, operalarımın piano üçün
işlənmiş variantlarını ciddi şəkildə öyrənməsi onu mənim alovlu pərəstişkarıma
çevirib. Gömrükdəki zəhlətökən işləri başa çatdırmağıma diqqət və mehribanlıqla
imkan yaratdıqdan sonra o məni evimdə ziyarət etməyə hazır olduğunu bildirdi.
Sözünün üstündə durdu və bu da mənə zərif poetik istedada malik bu bədbəxt
adamın acınacaqlı vəziyyəti barədə ətraflı məlumat almaq fürsəti verdi. Söhbət
əsnasında dedi ki, bir ara kiçik teatrların orkestrlərində skripka çalmaqla qabağa
getmək fikrinə düşüb. Amma bu yöndəki səyləri hər cəhətdən elə qanqaraçılıqla
nəticələnib ki, axırda ailə (o, evli idi) qarşısındakı məsuliyyət hissi üzündən, daimi
maaşı və irəliləmək ehtimalını əsas tutaraq, xırda bir idarə işinə üstünlük verməli
olub. Onun mənim musiqimlə həqiqətən tanış olub-olmadığını dəqiqləşdirə bil-
dim. Özünün dediyi kimi, heç də şən keçməyən həyatında bu, onun yeganə təsəlli
mənbəyi idi. Qasperini və bu sahədən başı çıxan digərləri də mənə yalnız bunu
deyirdilər: onun şeirləri, hər halda, gözəldir. “Tanhauzer”in tərcüməsi haqda
düşünəndəmənimdə ağlıma o gəlmişdi. Onun belə bir işə girişməsini əngəlləyəcək
yeganə maneəni – almanca bilməməsini Lindaunun köməyilə aradan qaldırmağın
mümkünlüyünü nəzərə alaraq, bu variantı qəbul etməli oldum.
121
Əvvəlcə Lindaunun köməyi ilə bu süjeti nəzmlə tərcümə etmək qərarına
gəldik. Lakin bu tərcümə uzun vaxt aldı. Ləngimənin səbəbi belə izah olunurdu:
Lindau hətta belə sadə işi görməkdə o qədər aciz idi ki, onu alman dilini güclə
başa düşən kasıb bir fransızın boynuna atmışdı. Özü üçün nəzərdə tutulan qo-
norarı fransıza söz vermişdi. Pulu zamanla məndən güclə qopardacağına ümid
edirdi. Roş poemamın bir neçə əsas bəndini şeir şəklinə saldı və bu, mənim çox
xoşuma gəldi. Əməkdaşlarımın istedadlarının nümunələri ilə Royenin yanına yola
düşdüm. Bu işi onlara sifariş verməsi üçün razılıq almaq istəyirdim. Roye tanın-
mamış gəncləri seçdiyim üçün o qədər məmnun qalmamışdı. Lakin mən sınağı
sonadək keçirməyin labüdlüyündə israr edirdim. Lindaunun bu işin öhdəsindən