537
Rixard Vaqner
Mənim həyatım
az önəmli məqamlarını da seçib ayırmağı bacarırdı və adama elə gəlirdi ki, bütün
ifa boyu onun gözləri önündə not vərəqləri olur. Bir müddət sonra öyrəndim ki,
musiqinin texniki tərəfini mənimsəməyə imkan verən heyrətamiz qabiliyyətinə
rəğmən, o bu sahədə ardıcıl nailiyyətlər əldə edə bilməyib.
Özünü bəstəkarlıqda sınamağa can atdığı sonrakı dövrdə mən onu büsbü-
tün gözdən itirdim.
120
İndi mən Böyük Operanın direktoru, “Tanhauzer”in tamaşaya qoyulması
barədə tapşırıq almış cənab Roye ilə daha sıx təmas qurmalı idim. Bu tədbirə necə
müsbət, yoxsa mənfi – yanaşmalı olduğumu müəyyənləşdirənə qədər iki ay keç-
di. Elə bir görüşümüz olmazdı ki, orada ikinci pərdəyə balet hissəsi əlavə etmək
məsələsinə toxunulmasın. Mən öz bəlağətli danışığımla onun baş-qulağını apar-
sam da, inandıra bilmirdim. Bu müddətdə poemanın səviyyəli tərcüməsi haqda
da düşünməkdən qalmırdım. Bu məsələ bir neçə dəfə hərtərəfli müzakirə olun-
muşdu. Qeyd etdiyim kimi, Şarnalın bu iş üçün yaramadığı məlum olandan sonra
Roje uzun müddət ortalıqda görünmədi. Qasperini də bu işi öhdəsinə götürməyə
ciddi meyl göstərmirdi. Gözlənilmədən, Lindau adlı bir nəfər yanıma gəlib çox
inamlı tərzdə bildirdi ki, o, gənc Edmond Roşun da iştirakı ilə, “Tanhauzer”in
layiqli tərcüməsini öz üzərinə götürür. Bu Lindau əslən Maqdeburq ətrafından idi
və Prussiyadan hərbi xidmətə görə qaçmışdı. Ciakomelli bir dəfə onu mənə, mu-
siqili gecələrin birində “Axşam ulduzu”nu oxumaqdan ötrü dəvət olunan, ancaq
qəflətən konsertdə iştirakdan imtina edən fransız ifaçı üçün münasib əvəzedici
kimi məsləhət görmüşdü. Lindau, özünün dediyinə görə, gözəl bələd olduğu
həmin parçanı məşq etmədən oxumağa hazır olduğunu bildirəndə ona göylərin
hədiyyə kimi göndərdiyi bir dahi kimi baxmışdım. Ancaq bu adamın əndazəsiz
sırtıqlığının məndə doğurduğu heyrət hissi də heç nə ilə müqayisəyə gəlmir. Xa-
lis diletant naşılığına, tək bircə taktı da düz-əməlli oxuya bilməməsinə rəğmən,
yenə də publika qarşısına çıxmağa cürət etmişdi. Yalnız inanılmaz cürətinin səbəb
olduğu hədsiz heyrət ona qarşı ümumi hiddətin qarşısını aldı. Bununla belə, öz
əməli üçün ən müxtəlif izahatlar, üzrxahlıqlar tapan Lindau, ifaçı qismində olma-
sa da, fəal dost kimi evimə yol tapa bildi. Minnanın böyük rəğbətini qazanması
hesabına o az qala hər gün bizdə olurdu. Mən isə, guya hansısa geniş əlaqələri
barədə söylədiklərindən daha çox, qulluq göstərməyə inanılmaz dərəcədə həvəsli
və hər bir buyuruğu yerinə yetirməyə dərhal hazır olduğuna görə onun xətrinə
dəymirdim. Bu adamla ünsiyyətə qarşı içimdəki daimi etiraza baxmayaraq, mən
yenə ona dözürdüm.